Dini qruplaşmaların imamları müraciətlərini internet vasitəsilə edirlər
Deputat: “Bu bizim üçün çox təhlükəli bir məsələdir” “Biz qətiyyən imkan verə bilmərik ki, din dövlətimizin dünyəvi təməllərini sarsıtsın, siyasətin işinə qarışsın. Bizdə din dövlətdən ayrıdır, dövlət dindarlar üçün bütün şəraiti yaradıb.
2 Noyabr 2016 15:46 SosialDeputat: "Bu bizim üçün çox təhlükəli bir məsələdir"
"Biz qətiyyən imkan verə bilmərik ki, din dövlətimizin dünyəvi təməllərini sarsıtsın, siyasətin işinə qarışsın. Bizdə din dövlətdən ayrıdır, dövlət dindarlar üçün bütün şəraiti yaradıb. Belə halda dinin radikallaşmasına, dini radikalizmə qəti şəkildə yol vermək olmaz. Biz ölkəmizin qaranlığa, xaosa, anarxiyaya sürüklənməsinə qətiyyən yol verə bilmərik". Bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, heç kimə sirr deyil ki, bu gün bir çox dini qruplaşmaların imamları müraciətlərini internet vasitəsilə edirlər. Bunun üçün məscidlərə, yaxud digər yerlərə getməyə ehtiyac yoxdur. Bu çox diqqətə alınası və bizim üçün çox təhlükəli bir məsələdir: "Millət vəkilləri də daxil olmaqla bütün ictimaiyyət bilməlidir ki, dövlətə, onun polisinə qarşı silah işlədən, yaxud buna cəhd edənlər dərhal məhv edilməlidir. Təbliğatı aparanlar isə qanunun sərt tələbləri qarşısında cavab verməlidir. Biz dövlətimizin dünyəvi təməllərinin sarsıdılmasına yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə almalıyıq. Bundan ötrü mütləq kütləvi informasiya vasitələri, bütün cəmiyyət fəal olmalıdır".