Gündəm
İrəvan əmindir ki, həmsədrlər münaqişənin həllində maraqlı deyil
Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışır. Düşmən ölkənin silahlı qüvvələri noyabrın birindən başlayaraq cəbhə xəttinin müxtəlif istiqamətlərində təxribat törətməyə cəhd göstərir. Belə ki, noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Qarabağ probleminin həlli niyə mümkün olmur?
Əli Qənbərli: “Görünür, dünya birliyi bu məsələdə maraqlı deyil” Beynəlxalq birliyin, eləcə də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, daha çox Ermənistanın maraqlarına xidmət edən bəyanat və açıqlamaları düşmən ölkəni getdikcə daha aqressiv olmağa sövq edir. Son günlər cəbhə xəttində Ermənistan tərəfinin həyata keçirdiyi təxribat hərəkətləri, atəşkəsin müntəzəm şəkildə pozulmasının timsalında bunu aydın görmək mümkündür. Maraqlıdır ki, Yerevanın təmas xəttində törətdiyi təxribatları beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu soyuqqanlı qarşılayaraq bu təxribatların qarşısının alınması istiqamətində düşmən ölkədən heç nə tələb etmir.
Hansı daha təhlükəlidir?
Milli Məclisin son iclasında dini radikalizmə qarşı mübarizə məqsədilə 11 qanuna əlavə və dəyişiklik edilib. Lakin buna baxmayaraq, hələ də qanunvericilkdə bir sıra boşluqlar var ki, maraqlı xarici dairələr həmin boşluqdan istifadə edərək ölkəmizdə dini radikalizmin genişləndirilməsinə cəhd göstərirlər. Son vaxtlar isə xarici dövlətlər tərəfindən idarə olunan qrupların fəallaşması narahatçılıq doğurur. Çox təəssüf ki, belə hallara qarşı görülən qabaqlayıcı tədbirlər yetərli deyil.
Elçin Hüseynbəyli yazır... Dostumun hinduşka qonaqlığı
Elçin Hüseynbəyli Dostumun hinduşka qonaqlığı Axşamdan zəng eləyirəm: -Sabah şuluxluq eləmə ha, tezdənnən gəlirəm. -Ayıb söhbətdi, qardaş, bir qram da.
Ermənistan rəhbərliyi cəbhə bölgəsindəki gərginliyi süni surətdə artırır
Serj Sərkisyan erməni cəmiyyətini Azərbaycanın simasında “ümumi düşmən” ətrafında birləşdirmək istəyir Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Erməni tərəfinin təmas xəttində yüngül silahlarla yanaşı ağır texnika, iriçaplı pulemyotlardan da istifadə etməsi düşmən ölkənin yenidən Azərbaycanı təhdid etməsi anlamına gəlir. Ermənistanın cəbhə xəttində gərginliyi artırması istər-istəməz hərbi əməliyyatların bərpa olunacağı ehtimalını artırır. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi də baş verəcək hər hansı insdentə görə məhz rəsmi Yerevanın məsuliyyət daşıyacağını bəyan edib. Amma bu zaman ortaya maraqlı bir nüans da çıxır. Belə ki, bu ilin aprelində anoloji addımı ataraq cəbhə xəttində vəziyyəti gərginləşdirən, nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə alan Ermənistan hansı səbəbdən hərbi əməliyyatların başlamasına maraq göstərir? Yaxud Ermənistanı cəbhə xəttində gərginlik yaratmağa hansısa dairələr sövq edirmi?
Mübariz Əhmədoğlu: “Ermənistanda baş verənləri izləyirik”
“Ermənistanda baş verənlər bizim diqqət mərkəzimizdədir. Vigen Sarkisyanın müdafiə naziri təyin edilməsini ilk təbrik edən İran oldu”.SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
Ermənistanı ticarət mərkəzlərinin direktorları idarə edir- ERMƏNİ EKSPERT
Arnak Xaçatryan: “Mən deyirdim ki, Azərbaycanın regiondakı mövqesi o qədər dəyişəcək ki, Rusiya bu ölkə ilə hesablaşmağa məcbur olacaq” Dünya çox tez dəyişir və bir il öncə mövcud olmuş münasibətlər artıq bu gün öz mövcudluğunu itirib. SİA xəbər verir ki, tanınmış hüquq müdafiəçisi və siyasi eksperti Arnak Xaçatryan Ermənistanın hazırkı vəziyyətini və regiondakı nüfuzunun itirilməsi reallığını ölkəsinin birinci informasiya kanalına (1.in.am) müsahibəsində deyib.
“Forum bütün istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər açır”- ŞƏRH
“Rusiya Azərbaycanın yaxın qonşusudur və böyük resurslara malik olan bir ölkədir. Bu baxımdan Azərbaycan üçün Rusiya ilə iqtisadi müstəvidə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan post-neft erasına keçdiyini elan edib və qeyri- neft sektorunun ninkişafı ilə bağlı islahatlar aparılır: “Bu baxımdan şübhəsiz ki, Rusiya ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaranır. Xüsusilə də qeyri-neft sektoru sahəsində”.
Şimali Kipr Türk Respublikası uşaqların gözü ilə
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı nümayəndəliyi və Xətai Sənət Mərkəzi ŞKTR-nin elanının 33-cü ildönümü mnünasibəıtilə rəsm sərgisi təşkil edir. TUMİB-dən “OLAYLAR”-a bildirilib ki, “Şimali Kipr Türk Respublikası uşaqların gözü ilə” adlı rəsm sərgisində məqsaəd uşaqların qardaş ölkənin adət-ənənəsi, mədəniyyəti, məbəxi, həyat tərzi, insanlarının xarakteri barədə düşüncələrini öyrənmək, onların qeyd edilən amilləri necə görmələrini bilməkdir. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Məlumatda bildirilib ki, sərgidə bütün bölgələrdən 18 yaşına qədər uşaqlar iştirak edə bilər. Əsərlər noyabrın 10-dək Xətai Sənət Mərkəzinə təqdim edilməlidir. Qaliblər noyabrın 18-də mükafatlandırılacaq.
UNEC-də tələbə klubu yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə klubu yaradılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, klubun məqsədi UNEC-ə 600 və daha yüksək balla qəbul olan tələbələri bir araya toplayaraq, onların potensialını dəyərləndirməkdir. Klub üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatına yönəlik layihə və proqramlar hazırlayacaqlar.
Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər. Qəbul Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutacaq.
Biznes-planların qiymətləndirilməsinə başlanılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı üzrə təşkil olunan təlim kurslarını başa çatdıran işaxtaran və işsiz vətəndaşların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə başlanılıb.
SOCAR 7074 metr qazma işi həyata keçirilib
Cari ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görüleb ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Nazir vətəndaşlarla görüşü təxirə saldı
Təhsil naziri Mikayıl Cabbarovun Ağstafa şəhərində nəzərdə tutulan vətəndaşların qəbulu təxirə salınıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, nazirin Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin 4 noyabr 2016-cı il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.
Dünyanın ən gözəl insanları harada yaşayır
Dünyanın ən gözəl insanlarının yaşadığı ölkələrin siyahısı açıqlanıb.therichest.com adlı sayt bu siyahıda ölkəsini təmsil edən məşhur simalar əsas götürüb.Siyahıya əsasən 1 – ci yerdə Venesuellalı gənc Gaby Espino 2 –ci yerdə İsveci gənc aktrisa Alicia Vikander














