Hansı daha təhlükəlidir?

Milli Məclisin son iclasında dini radikalizmə qarşı mübarizə məqsədilə 11 qanuna əlavə və dəyişiklik edilib. Lakin buna baxmayaraq, hələ də qanunvericilkdə bir sıra boşluqlar var ki, maraqlı xarici dairələr həmin boşluqdan istifadə edərək ölkəmizdə dini radikalizmin genişləndirilməsinə cəhd göstərirlər. Son vaxtlar isə xarici dövlətlər tərəfindən idarə olunan qrupların fəallaşması narahatçılıq doğurur. Çox təəssüf ki, belə hallara qarşı görülən qabaqlayıcı tədbirlər yetərli deyil. 

Xaricdə dini təhsil, yoxsa xaricdən sifariş almaq?

Milli Məclisin son iclasında dini radikalizmə qarşı mübarizə məqsədilə 11 qanuna əlavə və dəyişiklik edilib. Lakin buna baxmayaraq, hələ də qanunvericilkdə bir sıra boşluqlar var ki, maraqlı xarici dairələr həmin boşluqdan istifadə edərək ölkəmizdə dini radikalizmin genişləndirilməsinə cəhd göstərirlər. Son vaxtlar isə xarici dövlətlər tərəfindən idarə olunan qrupların fəallaşması narahatçılıq doğurur. Çox təəssüf ki, belə hallara qarşı görülən qabaqlayıcı tədbirlər yetərli deyil. 
Millət vəkili Fazil Mustafa qeyd edib ki, belə halların qarşısını almaq üçün qanunvericilikdə bir sıra dəyişikliyə ehtiyac var. Çünki, xarisdən idarə olunan qrupların fəallaşması bəzən mənfi fəsadlarla nəticələnir: "Məsələn, Gürcüstanda hər il Elat bayramı keçirilir. Bu il isə həmin bayrama kifayət qədər müdaxilə olundu. Ciddi şəkildə milli bir bayramın keçirilməsinə icazə verilmədi. Dini mərasimin keçirilməsində keşikdən tutmuş polisə qədər hamısı bir yerdə iştirak etdilər. Gürcüstan tərəfi daha çox bu bayramın qabardılmamasını rəva gördü. Bu o deməkdir ki, milli duyğularla baş vermiş hər hansı hadisədən narahat olurlar, amma dini zəmində ölkəmiz üçün təhlükə ola biləcək istiqamətlərə stimul verirlər. Buna görə də biz Azərbaycan daxilində bu məsələlərin təhlükələrini nəzərə almalıyıq". Millət vəkili bildirib ki, son vaxtlar ölkə prezidentinin bəlkə də ən uğurlu təyinatlarından biri Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədri təyin olunmasıdır. O, sədr təyin olunduğdan sonra hər hansı bir şəkildə dövlətin bu sahədəki boşluğları ortadan qalxıb, rayonlarda tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır, yüksək səviyədə görüşlər təşkil olunur ki, bu da olduqca vacibdir: "Məlumdur ki, dini radikalizmlə mübarizə qanunvericilikdəki cəzadan keçmir, maarifləndirmə işindən keçir. Burada söhbət insanların beynində cəhaləti, xürafatı, radikalizmi çıxara biləcək addımların atılmasından gedir. Ona görə də dövlət komitəsinin bu istiqamətdəki fəaliyyətini tədqir edirəm". Deputat bildirib ki, ölkə qanunvericiliyində xaricdə dini təhsil alan şəxslərin dini ayin və ibadətlərin həyata keçirilməsinə məhdudiyyətlər qoyulur. Lakin, biz bunu dövlət komitəsinin ixtiyarına buraxa bilərik. Xaricdə təhsil almaq eyib deyil. Bəlkə kimsə xaricdə yüksək səviyyədə təhsil alıb. Niyə həmin şəxs dini maarifçilik işindən kənarda saxlanılsın? Komitə həmin şəxs barədə araşdırma aparır, müəyyən edir ki, onun hər hansı dövlət qarşısında öhdəliyi yoxdur, ondan sonra onun fəaliyyətinə icazə verilir. Rəsmi qaydada qanunla buna məhdudiyyət qoymaq insan haqlarını məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də bu məsələyə diqqət yetirilməsi olduqca vacibdir: "Ölkədə savadlı din adamlarının olması Azərbaycan üçün bir tapıntıdır. Bir var cəmiyyət ağıllı adamın ardınca getsin, birdə var cahilin. Bu baxımdan qanunvericilkdəki düzəlişə yenidən qayıdılmasını vacib hesab edirəm". Onun sözlərinə görə, qanunvericilikdə hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, konstitusion quruluşun zorla dəyişdirilməsi üçün 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur, yaxud ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Başa düşürəm ki, biz dini ekstremizm və fanatizmə qarşı mübarizə aparmalıyıq. Birdən etnik fanatizm və yaxud etnik ekstremizm olsa, onda nə etməliyik? Belə çıxır ki, bu halda yenidən qanunvericilkdə dəyişiklik edilməlidir. Eyni maddəyə görə çoxlu sayda dəyişiklik edilməsinə ehtiyac görmürəm. Eyni cəza növüdür, eyni qanunsuz əməl. Cinayət Məcəlləsinin 278.1 və 278.2 maddələrində eyni cəza nəzərdə tutulur. Biri 12 ildən 20 ilə qədər, digəri isə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum etmədir. Bu halda qanuna təzədən ağırlaşdırıcı maddənin salınmasına ehtiyac yoxdur. Hakimin ixtiyarına verilir ki, dövlətin təhlükəsizliyi naminə eyni cəzanı milli fanatizm və milli ekstremizmə yol verən şəxslərə də tətbiq etsin". 
      Millət vəlili hesab edir ki, digər bir vacib məsələ kütləvi informasiya vasitələri ilə bağlıdır: "Xaricdə təhsil almaq məsələsinə ona görə toxundum ki, bu zaman hansısa mənbədən sifariş almaq təhlükəsi yaranır. Bu gün Azərbaycanda real təhlükə nədən ibarətdir? Biri Səudiyyə Ərəbistanından təlimat alır, biri Türkiyədə bir şeyxdən, digəri isə İranda bir müşteyitdən. Əsl təhlükə budur. Azərbaycanda sadə dindarın günahı yoxdur ki, sadalanan mənbələrdən müxtəif təlimatlar verilir. Məsələn, İraqdan bir təlimat verilir ki, Türkiyə orsdusuna qarşı müqavimət göstərmək lazımdır.Vəssalam, Azərbaycanda onu təbliğ edən adamlar artıq antiTürk əhval-ruhiyəsində bütün fəaliyyətlərini bu istiqamətdə qururlar. Odur ki, bizə xaricdə təhsil alanlar barədə yox, xaricdən sifariş alanların ortaya çıxarılması barədə düşünmək lazımdır. Hesab edirəm ki, qanunda yeni bir maddə əlavə edilməlidir ki, xaricdən müxtəlif dini əqidə formasında idarə olunan qurumların da fəaliyyət göstərməsi qadağan olunsun. Bu onunla müşahidə olunur ki, bu qurumlar hansısa müşteyidin dediyini yerinə yetirməyə hazırdır. Qarabağda müharibə gedir, ancaq onların müşteyidləri söyləyir ki, ermənilər "adəm övladıdır, onlara qarşı silah qaldırmaq olmaz". Xaricdən təlimat alanlar da təbii ki, deyir ki, müşteyidim əmr verib, mən müharibəyə qoşulmuram. Bunlar çox ciddi məsələdir. Ona görə də, qanunvericilikdə ekstremizmdən əlavə həm də onu nəzərə almalıyıq ki, xaricdən hər hansı formada idarə olunan qruplar varsa, dini etiqad adı ilə onların təlimatlarını yerinə yetirən müəyyən qruplara qarşı da çox kəskin cəzalar nəzərdə tutulmalıdır". Millət vəkili bildirib ki, heç kimə sirr deyil ki, ölkəmizdə başqa ölkələrdən idarə olunan xeyli saytlar var. Bunu sosial şəbəkələrdən də müşahidə etmək mümkündür: "Məsələn Gürcüstandan idarə olunan saytı var ki, açıq-aşkar dini fanatizmi, xürafatı, cəhaləti yayır, milli məsələlərə qətiyyən yer ayırmır. Bu gün Azərbaycanda müəyyən qadağalar olmasaydı dövlət səviyyəsində icra orqanlarının, Şeyxin fəaliyyəti olmasaydı, dini mərasimlərdə nə qədər yersiz hərəkətlər baş verə bilərdi. Düşünməliyik ki, xarici ölkələrdən idarə olunan saytlarla əməkdaşlıq edən jurnalistlərin, media mənsublarının məsuliyyət məsələsi nəzərdə tutulsun. Açıq-aşkar görmək mümkündür ki, həmin saytlarda xarici ölkələrin mollasının, şeyxinin şəklini qoyublar. Azərbaycanlı müəllif isə orada ekstremizmi yayan elə yazılarla çıxış edir ki, adam dəhşətə gəlir. Hamı bilir ki, həmin şəxs harada oturur, nə ilə məşğul olur. Azərbaycan vətəndaşıdır. lakin, öz ölkəsinin marağına xidmət etmir. Bu baxımdan həmin saytlar barədə məsələyə də diqqət yetirmək lazımdır. Xaricdən hər hasnı şəkildə idarə olunan kütləvi informasiya vasitələrinin və onlarla əməkdaşlıq edən jurnalistlərin də fəaliyyəti barədə sanksiyalar nəzərdə tutulmalıdır. Əslində bu məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Yalnız bu halda Azərbaycanda gələcək təhlükəni önləmək olar. Din siyasətdə deyil, insanın öz içində, məsciddə olmalıdır. Din cəmiyyətə rituarlarını qabarıq şəkildə göstərmək üçün deyil, bu sırf mənəvi bir məsələdir. Qanunların da önəmi ondan ibarətdir ki, dini öz məcrasına qaytarır, onun siyasətə bağlanmasının qarşısını alır. Artıq bunun qonşu ölkələrdə nə qədər fəsadlar törətdiyinin şahidi olmuşuq". 
Milli Məıclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycandan xarici ölkələrə dini təhsil almaq üçün gedənlər var. Eyni zamanda dini tədris adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərənlər də: "Hesab edirəm ki, qanunvericikdəki son dəyişiklik belə halların qarşısını alacaq. Həm də dövlətin konstusiya quruluşunu dəyişdirilməsinin, Azərbaycanın dünyəviliyinin pozulmasının qarşısı alınacaq. Təsadüfi deyil ki, bu detallar 11 qanunda öz əksini tapır. Əgər hər hansı icma dini ekstremizmlə məşğuldursa, onun fəaliyyəti dərhal ləğv olunur". Komitə sədri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 3000 nəfər xaricdə dini təhsil alıb. Xaicdə təhsil alanlardan 200 nəfəri ölkə məscidlərdə bu və ya digər vəzifələri yerinə yetirilər: "Azərbaycanda İslam Universiteti və Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Azərbaycan özü üçün dini kadr hazırlamaq iqtidarındadır. Hesab edirəm ki, biz dini məsələlərdə öz mütəxəssislərimizdən istifadə etməliyik".
 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31