İrəvan əmindir ki, həmsədrlər münaqişənin həllində maraqlı deyil

Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışır. Düşmən ölkənin silahlı qüvvələri noyabrın birindən başlayaraq cəbhə xəttinin müxtəlif istiqamətlərində təxribat törətməyə cəhd göstərir. Belə ki, noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. 

Deputat: "Elə bu səbəbdən də cəbhə xəttində təxribatçı əməllərini davam etdirirlər"
 

Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışır. Düşmən ölkənin silahlı qüvvələri noyabrın birindən başlayaraq cəbhə xəttinin müxtəlif istiqamətlərində təxribat törətməyə cəhd göstərir. Belə ki, noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. 
Millət vəkili Elman Nəsirov bildirib ki, İrəvan əmindir ki, həmsədrlər münaqişənin həllində maraqlı deyil. Elə bu səbəbdən də cəbhə xəttində təxribatçı əməllərini davam etdirirlər. Ermənilərin ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə son səfərlərindən sonra cəbhə xəttində gərginlik yaratmaları bunun bariz nümunəsidir: "Aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münbit şərait yaransa da, problemin həlli ilə məşğul olan ATƏT Minsk qrupu həmsədrlərinin dişsizliyi və qətiyyətsizliyi nəticəsində bu imkanlardan istifadə olunmadı. Hətta, o zaman həmsədrlər Ermənistana münaqişənin həlli ilə bağlı müəyyən təzyiqlər də etdilər. Ancaq bir müddət keçəndən sonra biz yenidən həmsədrlərin başqa bir davranışının şahidi olduq. Belə ki, həmsədrlər yenidən Ermənistanın mövqeyinə yaxın mövqe nümayiş etdirməyə başladılar. Burada ABŞ Dövlət katibi Con Kerrinin son bəyanatını qeyd etmək yerinə düşər. Kerrinin bu bəyanatı Ermənistanın mövqeyi ilə demək olar üst-üstə düşdü. Kerrinin bu bəyanatı Ermənistana siqnal oldu ki, həmsədrlər münaqişəni həll etməkdə elə də maraqlı deyildirlər. Bu da İrəvanın mövqeyində arxayınçılıq yaratdı. Aprel döyüşlərindən bir müddət sonra Rusiyanın da mövqeyində müəyyən bir pauza yarandı. Amerika və Rusiyanın münaqişənin həlli ilə bağlı sərgilədiyi bu mövqe İrəvanda əminlik yaratdı ki, həmsədrlərin münaqişənin həlli ilə bağlı niyyətləri ciddi deyil. Onların əsas niyyəti prezidentlərin növbəti görüşünü təşkil etməkdir. Odur ki, həmsədrlər ilin sonunadək prezdentlərin növbəti görüşünü təşkil etmək istəyir və bununla da fəaliyyətlərini bitmiş hesab edirlər. Lakin bu görüşlər münaqişənin həlli ilə bağlı müsbət heç nə vəd etmir. Yəni, həmsədrlərin dişsiz fəaliyyəti ermənilərdə arxayınçılıq yaradıb. Və onlar cəzasız qaldığının fərqindədir. Ona görə də ermənilər cəbhə xəttində intensiv olaraq atəşkəsi pozmağa başlayıblar. Məqsəd də ondan ibarətdir ki, prezidentlərin görüşü reallaşarsa, orada münaqişənin həlli ilə bağlı digər əsas detallar yox, ancaq atəşkəs rejiminə əməl olunması məsələsi müzakirə olunsun. Bir daha təəssüflə təkrar edirəm ki, həmsədrlər İrəvanın bu hərkətlərinin fərqində olsalar da, bu ölkəyə danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmək üçün heç bir təzyiq mexanizmi tətbiq etmirlər". "Ermənilərin son təxribat hərəkətləri yenidən aprel döyüşlərini bərpa edə bilərmi" məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, Azərbaycan sülh prinsipinə sadiq qalsa da, güc yolu ilə probelmin həlli gündəlikdədir: "Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib ki, bizim də səbrimizin bir həddi var. Aprel döyüşləri də göstərdi ki, müharibənin başlanması bir anda baş verə bilər. Qığılcım yetər ki, müharibə yenidən alovlansın. Artıq vəziyyət o həddə gəlib çatıb.Bu baxımdan da, Azərbaycan reallığı dəyərləndirərək işini görür. Yəni, mütəmadi olaraq ordumuzun müxtəlif hərbi birləşmələrinin təlimləri keçirilir və ordu gücləndirilir. Ordu modern silahlarla təmin olunur. Azərbaycan sülh istəsə də, müharibəyə hazırlaşır prinsipindən çıxış edir.Azərbaycan prezidentinin sözü ilə ifadə etsək deyə bilərik ki, bu gün Ermənistana pul , silah verən və onun lobbiçilik fəaliyyətini təşkil edən qüvvələr bilməlidir ki, status-kvo uzun müddət davam edə bilməz. Odur ki, aprel döyüşləri təkrarlana, proses daha ciddi xarakter ala bilər". Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, inandırıcı deyil ki, Ermənistan Azərbaycana yönəlik tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəksin. Çünki Ermənistan özü-özünü idarə etmir. Rəsmi İrəvanı sadəcə olaraq idarə edənlər var. Ermənistan 100 faizlik nisbətdə götürəndə 20 faizi özündən idarə olunur, 80 faizi isə kənardan . Yəni işğalçı ölkəyə nə məsləhət görülürsə o həmin addımları atır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində də əgər məsələ Ermənistana qalsa idi ölkə çoxdan bir qorxaq kimi geri çəkilmiş olardı: "Amma beynəlxalq güclərə Dağlıq Qarabağ münaqişəsinin olması lazımdır. Ona görə də onlar hələlik bu məsələnin həllinə səy göstərmir. Amerika da, Rusiya da, elə Fransanın özü də müxtəlif bəhanələrlə bu məsələni uzadırlar". Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə, ümumiyyətlə müdafiə və təhlükəsizlik üçün kifayət qədər vəsait ayrılır: "Hətta dəfələrlə qeyd etmişik ki, təkcə Azərbaycanda hərbiyə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən də çoxdur. Ona görə də işğalçı ölkə heç cür Azərbaycanla rəqabət apara bilməz. Nə qədər ki, Azərbaycan müstəqil dövlətdir bir o qədər də ordusuna hər zaman hansısa avadanlıq, silah-sursat lazım olacaq". 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31