Gündəm

Ən çox izlənən əcnəbi seriallar

2 Noyabr 2016 14:52

Türk serialları ilə yanaşı çox zaman əcnəbi seriallar da tamaşaçıların önəm verdiyi, izlədiyi seriallar sırasındadı. Yeni sezonda izlənməsi ilə böyük marağa səbəb olan ilk beş serial aşağıdakılardı:

Göldən külli müqdarda saxta pul tapıldı

2 Noyabr 2016 14:44

Bolqarıstanda göldən külli miqradarda saxta pul tapılıb. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lenovo kəndi yaxınlığındakı bəndin yanında gizlədilən 500 avroluq əskinaslar təxminən 13 mln. avro dəyərində olub.

Fəthullah Gülənin ölüm xəbəri YALANDIR

2 Noyabr 2016 14:42

"Hizmet" hərəkatının və FETÖ təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin vəfat etdiyi iddia olunur.

Lukaşenko Azərbaycana rəsmi səfər edəcək

2 Noyabr 2016 14:40

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.

Bakıda Dövlət Komitəsinin razılığı olmadan dini ədəbiyyat satan dörd mağaza aşkarlanıb

2 Noyabr 2016 14:39

Daxili İşlər Nazirliyi (DİN) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə  «Dini etiqad azadlığı haqqında» qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək, dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, digər dini məzmunlu materialların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Kommersiya sirri olan məlumatlarla bağlı qaydalarda dəyişiklik edilir

2 Noyabr 2016 14:38

Azərbaycanda “Kommersiya sirri haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, qanunun 4-cü (Kommersiya sirri hesab olunan məlumatlar) maddəsinin 8.1-ci bəndində açılmalı olan məlumatlarla bağlı şərtlərdə dəyişiklik edilir.

Akif Çovdarovun həbsxanada ölən sahibkarın əmlakını ələ keçirməsi ilə bağlı bəzi faktlar məlum olub

2 Noyabr 2016 14:37

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə bəzi detallar məlum olub.

Putindən KRİTİK QƏRAR

2 Noyabr 2016 14:35

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriya ilə bağlı vacib göstəriş verib. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərində vətəndaşların şəhəri tərk edə bilmələri üçün 4 noyabr tarixində yerli saatla 09.00-19.00 aralığında "insani fasilə" adı altında atəşkəs elan edib.

Səhiyyə Nazirliyi: Ölkədə kəskin respirator virus infeksiyaları qeydə alınıb

2 Noyabr 2016 14:35

“Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur”.

Ermənistanın keçmiş prezidentlərinə veriləcək təqaüdün məbləği açıqlanıb

2 Noyabr 2016 14:32

Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryana ayda 1930 dollar fərdi təqaüd veriləcək. Olaylar.az report-a istinadən xəbər verir ki, bu, dövlət büdcəsi layihəsi müzakirə olunarkən məlum olub.

Ərdoğan: "Afrika ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar"

2 Noyabr 2016 14:30

"Afrika qitəsi ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar. Biz bu qardaşlarımızı oyanmağa çağırırıq".

"Sputnik"in ofisində BOMBA HƏYƏCANI

2 Noyabr 2016 12:43

Rusiyada polisə "Sputnik" informasiya agentliyinin ofisinə bomba qoyulması barədə məlumat daxil olub. Olaylar.az "sputniknews"a istinadla xəbər verir ki, daxil olan məlumatla əlaqədar olaraq bina boşaldılıb. 

"Mingəçevir su anbarı daşsa, Bakı məhv olacaq"

2 Noyabr 2016 12:42

Bir neçə gündür ki, ölkə ərazisində intensiv yağışlar yağır. Bu da öz növbəsində fəsadsız ötüşmür. Cəlilabad rayonunda bir neçə kiçik tutumlu su anabarının daşması insanların işini xeyli çətinə salıb. Həmin ərazidə yerləşən sakinlərin evləri su altında qalıb.

İdxal edilən toyuq və yumurtaya yeni rüsumlar tətbiq ediləcək 

2 Noyabr 2016 12:36

Noyabrın 3-dən etibarən Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək.

"Yağışlı havalarda işıqforların fəaliyyətində nöqsan çıxa bilir"- AÇIQLAMA

2 Noyabr 2016 12:32

“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bakıda hökm sürən hava şəraiti ilə əlaqədar əraziləri nəzarətə götürüb. Səhər saat 8-00-dan bu saata qədər Bakı şəhər üzrə yol və metroloji  şərait nəzərə alınmadığından 1 yol qəzası baş verib”. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.