Gündəm

Qazaxıstan məhkəməsi ÖLÜM HÖKMÜ VERDİ

2 Noyabr 2016 12:33

Alma-ata məhkəməsi Qazağıstan vətəndaşı Ruslan Kulambekova ölüm hökmü kəsib. SİAxəbər verir ki, bu barədə life.ru saytı yazıb. Qeyd olunur ki, Ruslan Kulambekov 10 nəfərin qətlə yetirilməsində ittiham olunurdu ki, onun öldürdüyü şəxslərin böyük əksəriyyəti hüquq-mühafizə əməkdaşlarıdır.

Ekspert: “Ermənistan heç cür Azərbaycanla rəqabət apara bilməz”- AÇIQLAMA

2 Noyabr 2016 12:30

“Ümumiyyətlə düşünmürəm ki, Ermənistan Azərbaycana yönəlik tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəksin. Çünki Ermənistan özü-özünü idarə etmir. Rəsmi İrəvanı sadəcə olaraq idarə edənlər idarə edir. Ermənistan 100 faizlik nisbətdə götürəndə 20 faizi özündən idarə olunur, 80 faizi isə kənardan idarə olunur. Yəni işğalçı ölkəyə nə məsləhət görülürsə o həmin addımları atır”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Təhsil Nazirliyinin “Qaynar xətt”inə 11 425 zəng daxil olub

2 Noyabr 2016 12:11

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay daxil olan müraciətlərin statistikası açıqlanıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində isə 11 425 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 087 vətəndaşa xidmət göstərilib.

Deputatlarımız Bosniya və Herseqovina parlamentində görüşlər keçirəcəklər

2 Noyabr 2016 12:10

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Çingiz Qənizadə və Elşad Həsənov noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məluatda bildirilir ki, deputatlarımız Sarayevo şəhərində olacaq, ölkə parlamentinin sədri, Azərbaycanla dostluq qrupunun üzvləri, müvafiq komitələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2 Noyabr 2016 12:08

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Azərbaycanı seçən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur

2 Noyabr 2016 12:03

Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləmək izni ilə bağlı güzəştlər tətbiq olunur.

Çinin yeni qırıcısı da oğurluq çıxdı

2 Noyabr 2016 12:02

ABŞ hökuməti Çin dövlətini oğurluqda ittiham edib. Olaylar.az  ölkə.az-a istinadən xəbər verir ki, Vaşinqton Çinin yeni nümayiş etdirdiyi Chengdu J-20 döyüş təyyarələrinin texnologiyasının oğurluq olduğunu bəyan edib.

Zərdabda başı kəsilən qadının qan donduran HEKAYƏSİ

2 Noyabr 2016 12:00

Musavat.com xəbər verir ki, əri tərəfindən amansızlıqla qətlə yetirilən 23 yaşlı Rüxsanə Astanovanın üç övladı ortalıqda qalıb və onlara sahib çıxan yoxdur ...

Arvadını atıb 15 yaşlı baldızını qaçıran kürəkənlə bağlı ŞOK QƏRAR

2 Noyabr 2016 11:59

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva ailəsinə qaytarılıb.

Binəqədidə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib 

2 Noyabr 2016 11:41

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublika Veteranları Şurasının üzvləri və 83 saylı məktəb-liseyin müəllim və şagird kollektivi arasında görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Respublika Veteranlar Şurasının Hərbi Vətənpərvərlik şöbəsinin müdiri Adil Haqverdiyev, təşkilatın üzvü “Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Nəbi Hacıyev və Respublika Veteranlar təşkilatının rayon şöbəsinin müdiri Telman Hətəmov iştirak ediblər.

Ermənilər 26 dəfə atəşkəsi pozub

2 Noyabr 2016 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Güclü qara görə Türkiyə rayonlarından birində məktəblər bağlanıb

2 Noyabr 2016 11:38

Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda güclü qar yağması səbəbindən təhsilə bir günlük ara verilib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, rayon ərazisindəki məktəblər bir günlüyə tətilə buraxılıb.

Analoq yayımdan istifadə edən əhalinin sayı düşündüyümüzdən çox imiş

2 Noyabr 2016 11:36

"Analoq televiziya yayımının dayandırılması ilə bağlı fəaliyyət göstərən 1411 saylı "qaynar xətt"in çalışmaması barədə deyilənlər doğru deyil. Bizim 10-dan çox əməkdaşımız gecə saatları da daxil olmaqla əhalidən gələn müraciətləri qəbul edir".

BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb

2 Noyabr 2016 11:33

“Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Ge Mun jurnalsitlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı müraciətdə bildirib.

TİKA: Bakı və Abşeronda TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq

2 Noyabr 2016 11:31

"Bakı və Abşeron ərazisində Türkiyənin TRT 1 televiziya kanalının rəqəmli yayımının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və qısa zamanda kanalın yayımı bərpa olunacaq".