Təhsil Nazirliyinin “Qaynar xətt”inə 11 425 zəng daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay daxil olan müraciətlərin statistikası açıqlanıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində isə 11 425 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 087 vətəndaşa xidmət göstərilib.
2 Noyabr 2016 12:11 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə keçən ay daxil olan müraciətlərin statistikası açıqlanıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində isə 11 425 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 087 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 971 sənəd (634 ərizə, 863 məktub, 474 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.