Gündəm
Ermənilərin növbəti hiyləsi: Ağstafaçay su anbarından partladıcılar tapıldı
Ermənilər Azərbaycanda olan su anbarlarını çirkləndirməkdə davam edirlər. Olaylar.az APA-ya istinadən bildirir ki, Qazaxın sərhəd kəndində yerləşən Ağstafaçay su anbarı da çirklənməyə məruz qalıb. Anbarda aparılan təmizlik işləri zamanı Ermənistan istehsalı olan xeyli miqdarda vaxtı ötmüş içki, kimyəvi maddələr aşkarlanıb. Anbarın ətrafında isə şübhəli bağlamalar, partlayıcı maddələr tapılıb ki, bunları ANAMA əməkdaşları zərərsizləşdiriblər.
Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır
Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır. Olaylar.az report-a istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.
Yol polisi reydlərə başladı
Oktyabrın 31-də Azərbaycanda istifadə edilən bütün növ nəqliyyat vasitələri və ölkə üzrə istifadə edilən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb. Noyabrın 1-dən etibarən yol polisləri texniki baxışdan keçməyən avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edəcək.
Baş psixiatr: "Ölkədə psixoloji yardım dövlət nəzarətində olmalıdır"
"Milli Məclisdə psixoloji yardımı haqqında qanun layihəsinin müzakirə edilməsi çox vacib, düzgün addımdır". Olaylar.az bildirir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
İŞİD liderinin yeri bilindi
İŞİD lideri Əbubəkr Bağdadi indiyədək İraqın Mosul şəhərində imiş. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali İraq Kürdüstan Muxtariyyəti administrasiyasının rəhbəri Fuad Hüseyn məlumat verib.
Boğazınız ağrıyırsa, bu çayları için - SİYAHI
Hava soyuduqca xəstəliklər də artır. Asqırıq, öskürək, burun axıntısı çox olduğundan dəsmalı əlimizdən yerə qoymağa imkan olmur. Boğaz ağrısıyla gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından yararlana bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirməyə və boğazın yumşalmasına kömək olan bitki çayları iltihabı da aradan qaldırır. Aile.lent.az boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.
Gecə yatmazdan 1 saat əvvəl içsəniz...
Hər insanın yuxuya getmək və ya yatmaq rejimi fərqlidir. Elə adam var ki, yatağına uzanan kimi yuxulayır. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir. Gecəni rahat yatmaq istəyirsinizsə, yatmadan bir saat əvvəl Aile.lent.az-ın təqdim etdiyi bu sakitləşdirici və təbii içkiləri için.
Qaraciyəri və immuniteti möhkəmləndirən təbii vasitə
Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir.
"Evlilik təklif etməsən, ayrılacağıq"
"Victoria's Secret"in modellərindən olan Rozi Hantinqton Uitli 6 ildir sevgi yaşadığı aktyor Ceyson Stethemə əsəbiləşib.
Çağatay Ulusoy məhkəməyə verildi: "Gənclərə pis örnəkdir"
Aktyor Çağatay Ulusoy gənclərə pis örnək olmaqda günahlandırılır.
Tarkan və xanımı uşaqlarının otağını hazırladılar
Valideyn olmağa hazırlaşan müğənni Tarkan və xanımı Pınar Dilek hazırlığa başlayıblar. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar artıq evlərində uşaq otağı da ayırıblar. İkilinin sifariş verdikləri əşyalar artıq onlara çatdırılıb. Tarkan və həyat yoldaşı uşağın cinsiyyətini bilmədikləri üçün otağı ağ rəngdə dizayn edirlər.
Canlı orqanizmləri yeyən robot yaradılıb
Böyük Britaniya mütəxəssisləri canlı orqanizmləri yeyərək özü üçün lazımi enerjini ala bilən robot yaradıblar.
Smartfonların avtonom işləmə müddətinin iki dəfə artırılması üsulu tapılıb
Amerikalılar hər il 19 milyard ABŞ dolları məbləğində elektrik enerjisini boş yerə sərf edirlər. Belə ki, evdə olan elektrik cihazları, hətta sönülü vəziyyətdə enerji sərf edirlər. Yuta Universitetinin alimləri tərəfindən müasir smartfon, kompüter, oyun konsolları və başqa qurğuların işləməsi prosesində yaranan elektrik enerjisi itkilərinin azaldılması üsulu tapılıb.
Sosial şəbəkələrdə ünsiyyət ömrü uzadır?
12 milyon internet istifadəçisi üzərində aparılmış müşahidələrə əsasən məlum olub ki, sosial şəbəkələrdən aktiv istifadə edən insanlar orta hesabla daha çox yaşayırlar. Ehtimal ki bu, sosial aktivliyin yüksək olması və xarici aləmlə əlaqələrin kəsilməməsi ilə bağlıdır. Alimlər “PNAS” jurnalında dərc edilmiş məqalədə belə fikir səsləndiriblər.
Diş məcunu nələrə qadir imiş... - Mütləq oxuyun!
Diş məcunun sizi təəccübləndirəcək istifadə metodlarını bilirdinizmi? Sadəcə diş fırçalamaqda istifadə etdiyimiz məcun əslində bir çox işlərdə bizim ən yaxşı köməkçimiz ola bilər.














