Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır

Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır. Olaylar.az report-a istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır.

Olaylar.az report-a istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.
Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib.
Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: ""Açıqlamanın" məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralını Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!" Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31