"Yağışlı havalarda işıqforların fəaliyyətində nöqsan çıxa bilir"- AÇIQLAMA

“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bakıda hökm sürən hava şəraiti ilə əlaqədar əraziləri nəzarətə götürüb. Səhər saat 8-00-dan bu saata qədər Bakı şəhər üzrə yol və metroloji  şərait nəzərə alınmadığından 1 yol qəzası baş verib”. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.  

"Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bakıda hökm sürən hava şəraiti ilə əlaqədar əraziləri nəzarətə götürüb. Səhər saat 8-00-dan bu saata qədər Bakı şəhər üzrə yol və metroloji  şərait nəzərə alınmadığından 1 yol qəzası baş verib". Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.  

Onun sözlərinə görə, yol qəza hadisəsi nəticəsində avtomobil maneəyə çırpılıb: "Xəsarət alan yoxdur. Hadisə nəticəsində yüngül maddi zərər ortaya  çıxıb".

Qurumun gücləndirilmiş iş rejimində çalışdığını deyən V. Əsədov söyləyib ki, hava şəraiti nəzərə alınaraq polis nəfərləri  xüsusi geyimlə təchiz olunub.

İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi vurğulayıb ki, bəzən yağışlı hava şəraitində Bakı şəhərində çalışan bəzi işıqforların fəaliyyətində nöqsan çıxa bilir: "Lakin işıqforların iş prinsipinin dayanması sürücüləri çaşdırmamalıdır. Belə hava şəraitində sürücülər tələblərə uyğun hərəkət etməlidirlər. Onlar həmin ərazilərdə nizamlanmayan yol ayrıcı olduğunu  qəbul etməli və burada hərəkət  qoyulan yol nişanlarına uyğun aparılmalıdır. Əgər ərazidə yol nişanları yoxdursa, o zaman sürücülər  əraziyə uyğun olaraq sağdan yaxınlaşıb, soldakı nəqliyyat vasitəsinin hərəkətinə təhlükəsiz şərait yaratmalı yol verilməlidir".    

V. Əsədov qeyd edib ki, belə havalarda sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanmalı, diqqəti çəkən söhbətlər edilməməli,  avtomobillər  hərəkətə gətirilib, dayandırıldıqda avtomatik və ya mexaniki sürət qutusu hesaba alınmalıdır: "Yaxşı olardı ki belə hava şəraitində peşəkar sürücülərin hərəkətinə şərait yaradılsın.  Yağışlı havada avtomobil sürməyə uyğunlaşmayan sürücülər ictimai nəqliyyat vasitələrindən istifadə etsələr daha yaxşı olar. Avtomobil idarə edənlər su gölməçələrinin yanından keçərkən diqqətli olmalı, piyadaların üstünü çirkləndirməməlidirlər.  Bu artıq İnzibati məsuliyyət yaradır".

Polis polkovniki etiraf edib ki, qeyri-sabit hava şəraiti sürücülərin peşəkarlaşmasında böyük rol oynayır: "Son illər  Azərbaycanda yağmurlu, şaxtalı, qarlı havaların daha çox hökm sürdüyü üçün artıq sürücülərimiz peşəkarlaşmağa başlayıb. Bu,sevindirici haldır.  Bu baxımdan son illər qeyri-sabit hava şəraiti zamanı qəzaların sayı əvvəlki illərə nisbətən azalıb". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31