Rəqəmsal yayıma keçid tamaşaçılara nə vəd edir?

Noyabrın 1-dən etibarən Azərbaycan rəqəmsal yayıma keçib. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bununla uzun müddətdən bərı görülən hazırlıq işləri nəhayət ki, öz bəhrəsini verdi. Yeri gəlmişkən qeyd edək ki, rəqəmsal yayıma keçid Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına  uyğun olaraq reallaşıb. Respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması nəzərdə tutulur.

Noyabrın 1-dən etibarən Azərbaycan rəqəmsal yayıma keçib. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bununla uzun müddətdən bərı görülən hazırlıq işləri nəhayət ki, öz bəhrəsini verdi. Yeri gəlmişkən qeyd edək ki, rəqəmsal yayıma keçid Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına  uyğun olaraq reallaşıb. Respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması nəzərdə tutulur.  Beləliklə, MTRŞ-nın Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq televiziya yayımçılarının rəqəmli yayıma keçidi və rəqəmli yayım paketində proqramların müəyyən edilməsi barədə qərarına əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramları dekabrın ayından analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçiriləcək və ölkə ərazisində yerüstü rəqəmli televiziya yayımı əsas və regional paketlər üzrə aparılacaq. Odur ki, televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların)  əldə olunması xahiş olunur. Maraqlıdır, rəqəmsal yayıma keçidin hansı üstünlükləri var? Məlumat üçün qeyd edək ki, nəinki Azərbaycanda, eləcə də bütün dünyada rəqəmsal yayıma keçid teleradio məkanında bir yenilik kimi qəbul olunur. Çünki bu yayıma keçildikdən sonra istifadə üçün yararlı xeyli sayda tezlik əldə ediləcək. Üstəlik  rəqəmsal yayıma keçidlə bir televiziya kanalında 12 kanal yayımlana biləcək. Telekanallar artıq 1 Kvt ötürücü vasitəsi ilə yayımını təmin edəcək. Keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq. Analoq rejimə nisbətən, əlavə maneələrdən azad olacaq. Ölkə ərazisində televiziya kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. İnsanlar həmçinin televiziya və radio vasitəsi ilə interaktiv imkanlardan yararlana biləcəklər. İnsanlar əvvəlcədən baxmaq istədikləri proqramları müəyyənləşdirə biləcəklər. Həmçinin verilişlərin arxivlərini yaratmaq imkanı əldə edəcəklər. Bundan başqa,
rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri vardır: Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması; TV vericisinin gücünün azaldılması imkanı; Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması; Yeni açılış standartı (yüksəkaydınlıqlıteleviziya)  üzrəTV sisteminin yaradılması; Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi; TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı. Bununla bərabər tamaşaçı  veriləcək TV proqramlarına müdaxilə etməki imkanı qazanacaq. Belə ki,  verilişlərin arxivləşdirilməsi və yazılması mümkün olacaq ki, tamaşaçı istədiyi vaxt istədiyi verilişi izləyə biləcək. Vətəndaşlar həmçinin verilişin dilinin və subtitrlərin seçilməsini öz istəklərinə uyğun müəyyən edə biləcəklər. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal  yayıma keçid üçün tələb olunan dekoderlərin alınması vətəndaşlara bir o qədər də ziyan vurmayacaq. Çünki,  Azərbaycanda kabel televiziyası şəbəkəsi xeyli müddətdir ki,fəaliyyət göstərir. Kabel şəbəkəsi rəqəmsal yayımda fəaliyyət göstərir və bu şəbəkəyə qoşulanların dekoder almasına ehtiyac yoxdur. Üstəlik sözügedən avadalığın qiyməti cəmi 25-30 manat arasında dəyişir.  Onu da qeyd edək ki, Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan dövlətlər  DVB-T sistemindən istifadə etmək üçün razılığa gələrək ölkələrində onun tətbiqinə start veriblər.  Xatırladaq ki, artıq bir sıra ölkələr uzun müddətdir ki, rəqəmli yayımın tətbiqini reallaşdırıblar. Məsələn, İsveç 1999-cu ildən, Danimarka 2003, Norveç 2007, Fransa 2005, Portuqaliya 2009, Böyük Britaniya 1998, Türkiyə 2006, ABŞ 1998, Kanada 2003, Meksika 2004, İran İslam Respublikası 2009, Vyetnam 1997, Tailand 2014-cü ildən rəqəmli TV yayımına qoşulublar. Bununla da Avropa ölkələrinin böyük əksəriyyəti analoq TV yayımına son qoyublar. Məsələn, Hollandiya 2006, İsveç 2008, Danimarka 2009, Türkiyə 2015, Gürcüstan 2015, Ermənistan 2015, Ukrayna 2016, Rusiya 2017-ci ildən anonim TV yayımını dayandırıb.  Hazırda Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub.  Bu məqsədlə ölkədə 103 TV  yayım vericisi quraşdırılıb.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31