Deputat: “Din xadimləri Azərbaycanda hazırlanmalıdır”

“Din xadimləri Azərbaycanın özündə hazırlanmalıdır. Bakı İslam Unuversitetinin və Bakı Dövlət Universitetindəki İlahiyyət fakultəsinin fəaliyyəti gücləndirilməlidir”.

"Din xadimləri Azərbaycanın özündə hazırlanmalıdır. Bakı İslam Unuversitetinin və Bakı Dövlət Universitetindəki İlahiyyət fakultəsinin fəaliyyəti gücləndirilməlidir". Bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə göə, harada ki, bu məslələrdə bir az boşluğa yol verilirsə, orada cəmiyyətdə dini radikalizm ayaq açır. Sonradan isə təhlükəyə çevrilir. Onun da qarşısını almaq mümkkün olmur: "Hesab edirəm ki, dini radikalizmə qarşı mübarizə məqsədilə qanunvericilkdəki dəyişiklikləri ictimaiyyət və kütləvi informasiya vasitələri dəstəkləməlidir. Televiziyalar onun mahiyyətini açıqlamalıdır ki, bu dəyişikliklər dinə qarşı yönəlməyib, vətəndaşın təhlükəsizliyinin qorunmasına yönəlib. Yeniliklər ona yönlib ki, vətəndaşlarımız rahat yaşasınlar. Biz ölkəmizi və dövlətimizi bütün növ təhlükələrdən, o cümlədən dini radikalizmdən qorumalıyıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31