Kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri ediləcək
“Bu gün Azərbaycanda film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar yoxdur”. Bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitsinin iclasında deyib. Nazir müavini bunun əsas səbəbini bu avadanlıqların çox bahalı olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə daha çox maraq göstərməsi ilə izah edib: “ Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq oluna bilər. Çünki istənilən film kommersiya xarakteri daşıyır və gəlir gətirməlidir. Bunun üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdır”.
2 Noyabr 2016 15:48 Sosial"Bu gün Azərbaycanda film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar yoxdur". Bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitsinin iclasında deyib. Nazir müavini bunun əsas səbəbini bu avadanlıqların çox bahalı olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə daha çox maraq göstərməsi ilə izah edib: " Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq oluna bilər. Çünki istənilən film kommersiya xarakteri daşıyır və gəlir gətirməlidir. Bunun üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdır".
Ədalət Vəliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların heç birinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün maddi-texniki bazası yoxdur. Ancaq buna baxmayaraq kinematoqrafçılarımız son illərdə bir neçə filmimizin dünya kino bazarında uğur qazanmasına nail ola biliblər: "Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası da dövlət sifarişli filmlərin çəkilməsi üçün xarici ölkələrdən yüksək səviyyəli texniki avadanlıqlar icarəyə götürür. Çünki studiyanın özünün malik olduğu texnika sovet dövründən qalmadır".
Qeyd edək ki, "Gömrük tarifi haqqında" qanuna və Vergi Məcəlləsinə kino texnikası, kino istehsalı üçün avadanlıq gətirənlərə vergi güzəştləri tətbiq olunması ilə bağlı dəyişikliklər nəzərdə tutulur.