Türkmənistan nümayəndə heyəti Milli Məclisdə olub
Ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Əvvəlcə qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qəbul edib.
2 Noyabr 2016 15:47 SosialÖlkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Əvvəlcə qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qəbul edib. Vitse-spiker qonaqları salamlayaraq, ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nın layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik. Türkmənistanın Parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik orqanı barədə ətraflı məlumat verib. Valeh Ələsgərov Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı görülən işlər barədə məlumat verib. Cari ilin aprel ayında təmas xəttində düşmənin təxribat törətdiyini və ordumuz tərəfindən bu hücumların qarşısının layiqincə alındığını diqqətə çatdırıb. O, ölkəmizin problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğuladı və bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə edib.