Gündəm
Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində tikinti yekunlaşır
Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisiişləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı.
Bakıda Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı
IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak ediblər. İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.
Tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib
Tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təlim “AtaHolding” Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov tərəfindən aparıldı. Təlimdə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr iştirak ediblər. Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var.
Elmin İnkişafı Fondu qalibləri mükafatlandırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim edib. Fonddan “OLAYLAR”-a daxil olan məlumata görə, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub.
Cəbhədə 16 dəfə atəşkəs pozulub
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
İstanbulun FETÖ işinə görə saxlanılan sabiq polis rəisi sərbəst buraxılıb
Türkiyədə FETÖ (Fətullah Terror Təşkilatı) üzvü olmaqda təqsirləndirilərək həbs olunan İstanbulun sabiq polis rəisi (əmniyyət müdiri) Hüseyn Çapkın sərbəst buraxılıb.
Mənzildən 65 yaşlı qadının meyiti tapıldı
Şirvanda mənzildə qadın meyiti tapılıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Mövlayeva Lətifə Dəmir qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Daha 16 nəfərin ölkədən çıxışı məhdudlaşdırıldı
Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan fiziki və hüquqi şəxslərin yeni siyahısını dərc edib.”Olaylar” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, daha 16 nəfərin Azərbaycandan çıxışı məhdudlaşdırılıb. Beləliklə vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 379 nəfər, hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 684 nəfərə çatıb.
Elektrik sobasında tapança keçirmək istədi
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 11 noyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3) Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə nazirlikdən verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti İsayev Zülfüqar Məhərrəm oğlu, əlaqə telefonu (022-2664361), mobil (050-254-39-48), Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Süleymanov Elçin Məmməd oğlu, əlaqə telefonu: mobil (050-254-39-58) və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Hüseynov Şəhriyar Fikrət oğlu, əlaqə telefonu: mobil (050-254-39-60) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək
Xətai Sənət Mərkəzində “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunan sərgi “Qardaş türk xalqlarını tanıyaq” devizi altında baş tutur.
560 km kanalizasiya xətləri təmizlənib
Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, intensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulmuş, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.
Güləşçilərimiz Qitələrərarası Kubok uğrunda yarışacaq
Noyabrın 12-13-də Rusiyanın paytaxtı Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaq. Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib.
Azərbaycan gəmiçiləri üçün təlim keçirilir
“Baltik və Beynəlxalq Dəniz Şurası” (BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb.”OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə yeniliklərlə tanış etməkdir.
Onlar Klintonu seçdi
Amerkalılar 45 – ci prezidentlərini seçmək üçün seçkilərə hazırlaşırlar. Türkiyənin tanınmış şəxsləri əgər ABŞ – da yaşasaydılar hansı namizədə səs verəcəklərini açıqlayıblar. Üstünlük Hillari Klintonda olub.














