Tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib

Tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təlim “AtaHolding” Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov tərəfindən aparıldı. Təlimdə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr iştirak ediblər. Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var.

Tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlim "AtaHolding" Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov tərəfindən aparıldı. Təlimdə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr iştirak ediblər. Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var. Fəaliyyət sahələrinə uyğun olaraq əməyin mühafizəsi, informasiya təhlükəsizliyi, ətraf mühit, qida təhlükəsizliyi və digər idarəetmə sistemlərini tənzimləyən beynəlxalq standartlar mövcuddur. Lakin bütün idarəetmə sistemlərinin bazasını keyfiyyət idarəetmə sistemi təşkil edir. Bu sistem İSO 9001 beynəlxalq standartın tələblərinə əsaslanır. Təlimdə tələbələrə Keyfiyyət menecment sisteminin səmərəsi və tətbiq mərhələləri, müəssisə fəaliyyətində maraqlı tərəflər və onların maraq dairələri, hədəf planlaması, menecmentə sistemli yanaşma, biznes proseslərin əhəmiyyəti və tərtibi metodları barədə məlumat verilib, praktiki qrup çalışması aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31