Onlar Klintonu seçdi

Amerkalılar 45 – ci prezidentlərini seçmək üçün  seçkilərə hazırlaşırlar. Türkiyənin tanınmış şəxsləri əgər ABŞ – da yaşasaydılar hansı namizədə səs verəcəklərini açıqlayıblar. Üstünlük Hillari Klintonda olub.

Amerkalılar 45 - ci prezidentlərini seçmək üçün  seçkilərə hazırlaşırlar. Türkiyənin tanınmış şəxsləri əgər ABŞ - da yaşasaydılar hansı namizədə səs verəcəklərini açıqlayıblar. Üstünlük Hillari Klintonda olub.

Yazar Ayşe Kulin: Mənim təxminlərimə görə Klinton qazanacaq. Çox istədiyimdən deyil, amma onun qazanmasını ümid edirəm. Trampa nisbətən  dövlət vəzifəsini icra edə biləcək görkəmi var. Dövləti idarə etmək, otel idarə etməyə bənzəmir. Buna görə də, pisin yaxşısı kimi Hillari Klinton.

Yazar Müge İplikçi: Hillarinin qazanmasını istəyirəm, amma çox da ümidli deyiləm. Tramp bu dünyanın gedişatına uyan bir üzdü. Klintonu həm də qadın olduğuma görə dəstəkləyirəm. Hillari yorğun bir simadı, amma dünya adına o qazansın.

Yazar Ahmet Ümit: Sorğulardan belə məlum olur ki, Klinton qazanacaq. ABŞ - da insanlar iki pis arasında seçim etməli olacaqlar. Trampı irqçi, güclü, amma məntiqsiz, əxlaq və etik baxımdan problemli biri kimi görürlər. Klinton isə iddialı biridi. Hər ikisini dəstəkləyirəm. Düşünürəm ki, Amerikanın xarici siyasətində heç bir dəyişiklik etməyəcəklər.

Aktyor Tolqahan Sayışman: Bu yaxınlarda Amerikada oldum. Orada Klinton qazanır kimi hiss olunurdu. Onun qazanmasını istəyirəm. Ən əsası bizim üçün xeyirli kim olacaqsa, o qazansın.

Yazar İsgəndər Pala: Hər ikisindən də Türkiyəni allah qorusun. Tramp dünya üçün, Klinton isə Türkiyə üçün fəlakətdi. Hillarinin qazananacağı görülür.

Yazar İpək Çalışlar: İndiyə qədər ABŞ - da gördüyüm ən qəribə seçim olacaq. Heç bir təxmin edə bilmirəm. Sorğular Klintonun qazanacağını dese də, sandıqlar bizi təəcübləndirə bilər.

Yazar, şair Ahmet Selçuk İlkan: Klintonda zərif və qadın olma avantajları var. Bir qadının, bir ananın prezident oolması, düşünürəm ki, dünyaya müsbət təsir edər. İnsanı insan edən bəzi özəlliklər var: vicdan, mərhəmət, vəfa, nəzakət, etibar. Trampda bunlar hiss olunmur. Pulun verdiyi gücdə bu imkanları görə bilmirəm.

Tarixçi, yazar və aktrisa Pelin Batu: klintonun qazanmasını istəyirəm. Trampın irqçi, qadın düşməni kimi çıxışları yetərli səbəbdi.

Aktrisa Hülya Koçyiğit: Ğlkəmiz üçün xeyirli olan namizəd qazansın. Abş uzun zamandır qadın prezident gözləyirdi.Bəlkə də, Klinton qadın olduğu üçün daha sülhsevər olacağını düşündüyüm üçün onunh qazanmasını istəyirəm.

Musiqiçi İpək Açar: Çıxışlarını bəyənməsəm də, Trampın qazanacağını düşünürəm.

Aktrisa Tüba Ünsal: Bir çox Amerika saytlarını izləyirəm. Klinton öndədi. Hansının qazanmasına gəldikdə isə pisin yaxşısı daha yaxşıdı.

Aktrisa Perihan Savaş: Hillari Klinton

Müğənni Fərhat Göçer: Hillari Klinton

Aktrisa Zeyno Günenc: Klinton

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31