560 km kanalizasiya xətləri təmizlənib

Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, intensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulmuş, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.

Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün "Azərsu" ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, intensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulmuş, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib. 2016-cı ilin 9 ayı ərzində "Azərsu" ASC-nin xidmət bölmələri tərəfindən 560 km kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb.. Təmizlənmiş xətlərin 415 km-i Abşeron yarımadasının 145 km-i isə regionların payına düşür. Son dövrlər kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31