“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək
Xətai Sənət Mərkəzində “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunan sərgi “Qardaş türk xalqlarını tanıyaq” devizi altında baş tutur.
8 Noyabr 2016 12:27 SosialXətai Sənət Mərkəzində "Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunan sərgi "Qardaş türk xalqlarını tanıyaq" devizi altında baş tutur. Sərginin məqsədi Azərbaycan uşaqlarının qardaş Özbək xalqının adət ənənələrini, tarixini, mədəniyyətini, mətbəxini, həyat tərzini necə gördüklərini rəsm vasitəsilə ifadə etməkdir. Sərgidə Azərbaycanın bölgələrindən 12 yaşına qədər 78 uşaq iştirak edəcək və 85 əsər nümayiş olunacaq. Sərgidən seçilmiş əsərlərin Özbəkistanda keçiriləcək festivalda nümayiş olunması nəzərdə tutulur.