Azərbaycan gəmiçiləri üçün təlim keçirilir

“Baltik və Beynəlxalq Dəniz Şurası” (BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb.”OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə yeniliklərlə tanış etməkdir.

"Baltik və Beynəlxalq Dəniz Şurası" (BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçliyi" QSC-nin və "Caspian Marine Services" şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb."OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə yeniliklərlə tanış etməkdir. Təlimin ilk günündə çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini Zamiq İsmayılov beynəlxalq nüfuzlu "BİMCO" təşkilatının ölkə dənizçiləri üçün bu cür təlimin keçirilməsini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, belə təlimlər yerli mütəxəssislərin təcrübə və biliklərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Z.İsmayılov qeyd etdi ki, təlimçilər gəmiçilik sahəsində dünyada baş verən ən son yeniliklərlə də iştirakçıları tanış edəcəklər. Gəmiçilikdə hər zaman yüksək ixtisaslı kadrların hazırlanmasına önəm verildiyini vurğulayan Gəmiçilik sədrinin birinci müavini bundan sonra da yerli mütəxəssislər üçün təlimlərin keçiriləcəyini bildirib. "BİMCO"-nun mütəxəssisləri tərəfindən dənizçilik sahəsində iqtisadiyyat, beynəlxalq konvensiyalar, çarter müqavilələri, konosament, yükə dəyən zərər və iddialar, təhlükəsizlik, ödəmələr və defoltlar, agentlər və brokerlər, dələduzluq və s. mövzular üzrə təlimlər keçiriləcək. Noyabrın 10-dək davam edəcək təlimlərdə 100-ə yaxın yerli mütəxəssis iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31