Elmin İnkişafı Fondu qalibləri mükafatlandırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim edib. Fonddan “OLAYLAR”-a daxil olan məlumata görə, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub.
8 Noyabr 2016 12:45 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün "Web of Science" mükafatları -2016"nı (Award Ceremony "Web of Science Awards - 2016" for Azerbaijani scientific community) təqdim edib. Fonddan "OLAYLAR"-a daxil olan məlumata görə, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb. "Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.
Qeyd edək ki, "Web of Science" mükafatına bir sıra universitetlər, AMEA-nın institutları və elmi jurnallar layiq görülüb.