Gündəm
Təyyarədə dəhşət
Bu gün səhər Meksikanın AİRMEXİCO hava yollarına aid təyyarə Torreon havalimanından qalxaraq Mexiko istiqamətində uçub. Ancaq bir neçə dəqiqə sonra sərnişinlər dəhşətli mənzərə ilə rastlaşıblar. Belə ki, onlar təyyarənin salondakı yük bölmündə qıvrılan ilan görüblər. Təyyarədə böyük həyacan yaşanıb. Mexikoda sərnişinlər təcili olaraq təyyarədən təxliyyə ediliblər. Salondakı ilan isə zərəsizləşdirlilib. Xoşbəxtlikdən sürünən “sərnişin” heç kimə zərər yetirməyib. Hadisə ilə əlaqədar təhqiqat başladılıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
AzTU-da Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib
“Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi”
Bakıda bu mövzuda tədbir keçiriləcək Bakida “Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, dəyirmi masa Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Yaxın Şərqdə gedən müharibə prosesi və türkmənlərə qarşı aparılan soyqırım ətrafında müzakirələr aparılacaq. DAK-ın təşəbbüsü ilə keçiriləcək dəyirmi masaya tanınmış ictimai-siyasi xadimlər, tarixçi alimlər və media nümayəndələri dəvət olunub. Tədbir noyabrın 11-də gerçəkləşəcək.
Tikintilərlə bağlı yeni tələblər - Onların icrası nəyi dəyişəcək?
Xəbər verdiyimiz kimi, Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir. Bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Milli Məclisdə təklif edilən maddəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.
Erməni deputatların maaşı kəsildi - 30 min dollar
Ermənistanda Milli Məclisin (parlamentin) iclasına gəlməyən deputatların maaşından təxminən 30 min dollar kəsilib.
Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində icra başçısının müavini ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Nardaran hadisələrində təqsirləndirilən daha 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfər barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
MTN əməkdaşları Tağı Əhmədovun qardaşı oğluna necə işgəncə verib? - ŞOK İFADƏ
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə vəkillər arasında mübahisə düşüb - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.
Dövlət rüsumlarının 50 faizi işçilərin maddi təminatını yaxşılaşdırmağa yönəldiləcək
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 352-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
5 min 500 nəfərə yaxın əcnəbi qeydiyyata alınıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.
"Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları işlə necə təmin olunur?
Qubad İbadoğlu: “Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb” Azərbaycan gənclərinin daha keyfiyyətli və müasir tələblərə cavab verən müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə göndərilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən biri hesab edilib. Hələ ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə ölkə gənclərini keçmiş Sovet respublikalarına, əsasən isə Moskvaya ali təhsil almağa göndərir, onların bilikli, bacarıqlı kadr kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin zamanında keçmiş müttəfiq respublikalarına ali təhsil almağa göndərilən şəxslər bu gün dünyanın tanınmış ekspertləri, mühəndis və iqtisadçıları hesab edilir. Həmin insanların əksəriyyəti bu gün ölkənin müxtəlif sahələrdə inkişafına öz töhfəsini verir.
Dünya çempionu Mayis İbadov: “Özbəkistanı ikinci Vətən saymağa tam haqqım çatır”
Məlum bir həqiqətdir ki, insan iki şeyi-Vətəni və valideynlərini özü seçmir. Amma başqa bir qeyri seçim amili-qismət də var. İnsan özündən qaça bilmədiyi kimi, qədər-qismətindən, el arasında deyildiyi kimi alın yazısından da qaça bilmir.
Rövşən Lənkəraniskini italyan polisindən kim xilas edib?
Fizuli Məmmədov: “Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığım olmayıb” “Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsə idi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim” Son vaxtlar ‘’Dünya Azərbaycanlıları İttifaqı” nın (DAİ) prezidenti və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov yenidən mətbuatın diqqət mərkəzinə çevrilib.
Dövlət Neft Fondu- milli neft strategiyasının tərkib hissəsi kimi
Və ya şəffaflıq və səmərəli idarəçilik Sovet İttifaqının dağılması və bu ittifaqın tərkibində olan müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi nə dərəcədə müsbət bir addım olsa da, lakin qazanılmış müstəqilliyin müəyyən mənada çətinlikləri, problemləri də yox deyildi. İrəlidə yenicə müstəqillik qazanmış respublikaları bir sıra çətinliklər gözləyirdi. Xüsusilə, keçmiş müttəfiqlər arasında iqtisadi əlaqələrin qırılması ayrı-ayrı respublikalarda ağır iqtisadi böhrana səbəb olmuşdu. SSRİ-nin dağılması ilə barışmayan, onu hər vasitə ilə yenidən bərpa etməyə çalışan Moskva isə keçmiş imperiyanın tərkibində olan respublikalarda siyasi gərginlik, vətəndaş qarşıdurması yaratmaqla müstəqilləşmə prosesinə mane olmağa çalışırdı. Yaranmış bu cür çətin durumlardan isə ölkəni yalnız dərin siyasi biliyi və təcrübəsi olan siyasilər çıxara bilərdi. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdi desək yanılmarıq.














