Gündəm
Rabitə Nazirliyinin sabiq məmurları ilə birgə təqsirləndirilən iş adamı axtarışa verildi
Mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı və digər maddələrdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək rütbəli məmurlarının cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri barədə axtarış elan olunub.
Sevda keçmiş qayınananın təhqirlərinə CAVAB VERDİ
Son günlər şəxsi həyatı ilə gündəmi bir-birinə vuran, ikinci dəfə ərə getməsi başına bəla olan Sevda Sanəliyeva ərinin keçmiş qayınanasını cavabsız qoysa da, sonradan danışmağa qərar verdi.
“Azərbaycanda tolerant mühit” mövzusunda tədbir keçirilib
Noyabrın 8-də İsmayıllı şəhər “Cümə” məscidində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə “Azərbaycanda tolerant mühit” mövzusunda tədbir keçirilib.
182 yaşayış məntəqəsinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında 7505,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 kilometr uzunluğunda borularda əsaslı təmir işləri aparılıb. Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Yazıçı Varisin kitabı qırğız dilinə tərcümə olunub
Yazıçı Varisin müəllifi olduğu “Bir ovuc torpaq” romanı qırğız dilində işıq üzü görəcək. “OLAYLAR”-ın xəbərinə görə, artıq kitab nəşrə hazırdır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. “Bir ovuc torpaq” kitabı qırğız dilinə tanınmış qırğız ziyalısı Mukan Asanaliyev tərəfindən tərcümə olunub.
Status-kvonun saxlanması, Ermənistanın xeyrinə işləyir
Ermənistan prezidenti Serj Sərkisyanın komandasında dəyişikliklər etməklə Qarabağla bağlı danışıqlardan yayınması və güzəştsiz mövqe sərgiləməsi, bir neçə aydan sonra keçirilən parlament seçkilərinə hazırlıq prosesi ilə bağlıdır.
Üç nəfəri öldürən sürücüyə 8 il yarım CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Aparıcıların nitqində Türkiyə türkcəsinin intonasiyası hiss olunur"
AMEA Nəsimi adına Dilçilik İnstitutu televiziya proqramlarının monitorinqi zamanı aşkarlanan qüsurlarını açıqlayıb.
İtaliya Dağlıq Qarabağla bağlı mövqeyini İrəvanda AÇIQLADI
İtaliya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini dəstəkləyir.
Son dəqiqə: Binəli Yıldırım AP sədrinə zəng etdi
Türkiyənin baş nazir Binəli Yıldırım ilə AP (Avropa Parlamenti) başçısı Martin Şults arasında telefon danışığı olub.
"Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər"
Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib.
Türkiyə üçün hazırlanmış dilemma
Türkiyədə təhlükəsizlik naminə atılmış istənilən addıma beynəlxalq təşkilatlar tərəfindən operativ reaksiya verilir. Xüsusi həssaslıq göstərilən məqamlar sırasında insan haqları və medianın durumu dayanır. Sərgilənən münasibətdə mübahisə doğuran məsələlərin kökü də məhz bu nöqtədən başlayır. İş ondadır ki, Türkiyədə cərəyan edən prosesləri dəyərləndirən beynəlxalq statuslu təşkilatlar hadisələri dövlət təhlükəsizliyinə təminat verən qanunları nəzərə almadan, yalnız insan haqlarını ehtiva edən konvensiyalar müstəvisində şərh edirlər.
Üzüm dənəsinin faydaları
Çoxları sevərək yediyi üzümün dənələrinin nə qədər faydalı olduğunu bilmir. Əgər üzümün dənəsini yemirsinizsə, sağlamlığınızı təhlükəyə atmış olduğunuzu bilirdinizmi? Üzüm dənəsinin bilinməyən faydaları aşağıdakılardı.
Çağırışaqədərki gənclərin peşəyönümü” mövzusunda disput təşkil olunub
Bakı şəhərindəki 49 nömrəli məktəb-liseydə X-XI sinif şagirdlərinin iştirakı ilə “Çağırışaqədərki gənclərin peşəyönümü” mövzusunda disput təşkil edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi ilə əlaqədar ümumi təhsil məktəblərində maddi bazanın təkmilləşdirilməsi, tibbi sanitariya hazırlığı üçün tədris vəsaitlərinin vəziyyətinin öyrənilməsi və əməli köməkliyin göstərilməsi, təhsil müəssisələrinin hərbi hissələrlə hamilik əlaqələrinin yaxşılaşdırılması, döyüş texnikası və silahlarla tanışlıq məqsədilə keçirilən tədbirlərdə məktəblərin pedaqoji işçiləri, hərbi rəhbərləri və şagirdlər iştirak ediblər. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail rayon İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əmək və Məşğulluq İdarəsinin əməkdaşları 91, 163 və 203 nömrəli tam orta məktəblərin şagirdlərinə hərbi peşəyönümü ilə bağlı məsləhətlər verib, hərb sənətinin qanunauyğunluqları, incəlikləri və məsuliyyəti barədə məktəbliləri məlumatlandırıblar. Tədbirdə qonaqlar mövzu ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək
Dünya Azərbaycanlıları Asambleyasının təşkilatçılığı ilə dekabrın 2-də Polşanın paytaxtı Varşava şəhərində Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a DAA-dan daxil olub. Bildirilib ki, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı DAA-nın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti gənc alim Raqif Hüseynovdur.














