Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək
Dünya Azərbaycanlıları Asambleyasının təşkilatçılığı ilə dekabrın 2-də Polşanın paytaxtı Varşava şəhərində Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a DAA-dan daxil olub. Bildirilib ki, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı DAA-nın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti gənc alim Raqif Hüseynovdur.
8 Noyabr 2016 16:00 SosialDünya Azərbaycanlıları Asambleyasının təşkilatçılığı ilə dekabrın 2-də Polşanın paytaxtı Varşava şəhərində Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a DAA-dan daxil olub. Bildirilib ki, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı DAA-nın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti gənc alim Raqif Hüseynovdur. Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perespektivləri" mövzusuna həsr edilib. Tədbirin əsas maddi və texniki dəstəyi Varşava Təbiət Elmləri Universitetidir. Tədbir çərçivəsində gənc alimlərin təqdimatları olacaq. Konfransın sonunda gənc alimlərə sertifikat təqdim olunacaq. Konfransda iştirak edən gənc alimlərin məqalələri Varşava Təbitət Elmləri Universitetinin elmi jurnlında çap olunacaq. Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən səfirlikləri, Polşa rəsmi qurumlarının nümayəndələri iştirakları gözlənilir. Sonda isə Polşa və Azərbaycan dahi bəstəkalarının musiqilərindən ibarət piano konserti təşkil olunacaq.