Gündəm
Bayraq Milli Qürurumuzdur
Binəqədidə bu adda tədbir keçirilib M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun təşkilatçılığı ilə qəsəbənin 100 saylı tam orta məktəbində “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib.
Türkiyə və Rusiyanın hərbi əməkdaşlığı
Türkiyə ilə Rusiya hərbi-texniki əməkdaşlığı bərpa edəcəklər. Belə ki, bu ilin sonuna qədər hökümətlərarası Birgə Hərbi-Texniki Komissiyanın iclasının keçirilməsi gözlənilir. Rusiya Federal Hərbi Texniki Komissiyanın sədri Aleksandr Fominin verdiyi məlumata görə hal – hazırda birgə komissiyanın keçiriləcəyi yer və tarixin müəyyənləşdirliməsi istiqamətində işlər aparılır. Birgə iclasda hər iki ölkənin hərbi siyasi mənafeləri baxımından bir çox mühüm məsələrin müzakirə ediləcəyi gözlənilir. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi baş tutmadı
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesin növbəti iclası təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmə prosesi noyabrın 14-dək təxirə salınıb.
Polis "qara bazar"dan 7 milyon manatlıq narkotik vasitə götürüb
Bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.
"Bağlanmış banklara məxsus daşınmaz əmlaklar icarəyə verilə bilər"
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 kommersiya bankının daşınmaz əmlakını satışa çıxarmağa hazırlaşır.
Cəbhə bölgəsində Bayraq günü qeyd edildi
Nəsimi rayon nümayəndə heyəti rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir: “Görüşdük, nə oldu?”
Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ATƏT xarici işlər nazirlərinin Hamburqda keçiriləcək toplantısı çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini təsdiqləməkdən imtina edib.
Türkiyədən Almaniyaya FETÖ ittihamı
"Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir". "Report" bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna hökuməti Saakaşvilinin istefası haqda
Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına dair ərizəni müzakirə etməyə hazırdır, amma sənəd hələlik hökumətə təqdim edilməyib.
Tahir Rzayev: "Ermənistan darmadağın olacaq" - AÇIQLAMA
"İşğalçı ölkə məhv olmağın astanasındadır" Son vaxtlar cəbhədə işğalçı Ermənistan tərəfindən atəşkəsin tez-tez pozması halları baş verir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susqunluq nümayiş etdirmələri münaqişənin həllinə ikili yanaşma, Ermənistana dəstəyin növbəti təzahürü kimi qiymətləndirilir.
“Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirib
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin icra orqanı Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə öz əməkdaşları arasında “Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirib.
Aprel döyüşlərində Qarabağda ölənlərin 90 faizi Ermənistandakı kasıb ailələrin uşaqları idi
Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı panel keçirilib.
Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağa səs verər
”Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir”.
Vaan Martirosyan: “Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq”
"Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim proqnozumdur".
Bakıda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışı müzakirə edilib
Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi” mövzusunda panel keçirilib.














