Gündəm
Tutulacağını bilən qadın özünü eyvandan atdı
İstanbul polisi binalardan birində antiterror əməliyyatı keçirib. Olaylar.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, polislərin binaya girdiyini görən əcnəbi qadın ikinci mərtəbədən atılaraq qaçmaq istəyib. Ayağı qırılan qadın xəstəxanaya aparılıb. Onun İŞİD terror təşkilatı ilə əlaqəsi olub-olmadığı araşdırılır.
AMEA Yüksək Texnologiyalar Parkı yaradılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev N.B.Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Məzarlıq aşkar edildi - Başları kəsilib...
İraq hərbçiləri Mosul yaxınlığında İŞİD qurbanlarının dəfn olunduğu kütləvi məzarlıq aşkar ediblər.
Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək
Rusiyanın müxalifət partiyaları ölkə hərbçilərinin Suriyadakı münaqişədə iştirakına etiraz olaraq mitinq keçirmək üçün paytaxt Moskvanın meriyasına müraciət edib.
Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə- AÇIQLAMA
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.
ABŞ-da ilk səsvermə məntəqələri açılıb
ABŞ-da prezident seçkiləri ilə bağlı keçirilən səsvermənin nəticələri üzrə növbəti dörd il müddətinə Ağ ev sahibinin demokratların namizədi Hillari Klinton yoxsa respublikaçı Donald Tramp olacağı bilinəcək.
“Birgə qoşun qruplaşmasının yaradılması Qarabağ probleminin həllində ciddi əngəldir”
“Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratması Dağlıq Qarabağ probleminin həlli yolunda ciddi əngəldir”. BunuSİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu, Rusiya tərəfindən atılan anormal addımddır: “Rusiya ATƏT-in Minsk qrupunun üzvü olduğu halda təcavüzkar dövlətlə necə birləşmiş qoşun yarada bilər?! Ümumiyyətlə, çox qarışıq bir proses gedir və Azərbaycan bu proseslərdən çıxmağı bacarmalıdır. Bunun üçün müvafiq beynəlxalq təşkilarlara müraciət edilməlidir”.
Hillari və Bill Klinton səs verdi
ABŞ-da demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton əri ilə birgə səsvermədə iştirak edib.
Keçmiş MTN-çi: "Çovdarov dedi, səni buradan iti qovan kimi qovaram..."
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş həmkarlarının istintaqa ifadələri zamanı bəzi məqamlar ortaya çıxıb.
Azərbaycandan dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq
Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə bu gündən ölkədən dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq.
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək
Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə sitinadən verdiyi xəbərə görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcəklər. Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.
Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki Mərkəzi Cümə məscidində “Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı “Tolerantlıq milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam Mədrəsəsinin müdiri Abdurəhman Nuri, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, Şəki və Oğuz rayonlarından olan imam və dini icma sədrləri iştirak ediblər.
Baş İdarə qalibləri mükafatlandırıb
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü” nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, millət vəkili Qənirə Paşayeva, bəstəkar Sevinc Tofiqqızı iştirak ediblər. Konfransda tədbirin əhəmiyyətindən söz açılıb, müsabiqənin 2 mərhələdə və Bakı şəhəri üzrə 11 inzibati rayonu arasında keçirildiyi bildirilmişdir. Qeyd olunub ki, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir.













