Məzarlıq aşkar edildi - Başları kəsilib...
İraq hərbçiləri Mosul yaxınlığında İŞİD qurbanlarının dəfn olunduğu kütləvi məzarlıq aşkar ediblər.
8 Noyabr 2016 18:19 Dünyaİraq hərbçiləri Mosul yaxınlığında İŞİD qurbanlarının dəfn olunduğu kütləvi məzarlıq aşkar ediblər.
ATV.az-ın məlumatına görə, Həməm-əl-Əlil yaşayış məntəqəsində aşkar edilən məzarlıqda başları kəsilmiş 100-ə qədər kişi və qadın meyidi tapılıb. Yerli sakinlərin sözlərinə görə, bu şəxslər İŞİD terrorçularının əmrlərini yerinə yetirmədiklərinə görə öldürülüb.
Bu arada, ordu terrorçulara qarşı uğurlu əməliyyatları davam etdirir. Mosula 4 tərəfdən girən hərbçilər artıq şəhərin 12 rayonunu İŞİD-dən azad edib. Aviasiya kütləvi şəkildə qaçan terrorçulara zərbə endirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31