Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə- AÇIQLAMA

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.

Milli.Az bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov modern.az-a deyib ki, saxlanılan və məhkum olunan şəxslərin səhhəti ilə Pentensiar Xidmət yox, Tibb Baş İdarəsi məşğul olur:
 
"Orada fəaliyyət göstərən həkimlər Penitensiar Xidmətə tabe deyil. Yaxşı olar ki, onlar Tibb Baş İdarəsinə müraciət etsinlər. İdarənin mütəxəssisləri onların müvəkkili ilə bağlı müalicə tədbirləri həyata keçirsinlər".
 
Xatırladaq ki, A.Çovdarovun vəkili Kamandar Nəsibov modern.az-a açıqlamasında müvəkkilinin səhhətində ciddi problem yarandığını və Penitensiar Xidmət əməkdaşlarının ona lazımi yardım göstərmədiyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31