Status-kvonun saxlanması, Ermənistanın xeyrinə işləyir

Ermənistan prezidenti Serj Sərkisyanın komandasında dəyişikliklər etməklə Qarabağla bağlı danışıqlardan yayınması və güzəştsiz mövqe sərgiləməsi, bir neçə aydan sonra keçirilən parlament seçkilərinə hazırlıq prosesi ilə bağlıdır.

Ermənistan prezidenti Serj Sərkisyanın komandasında dəyişikliklər etməklə Qarabağla bağlı danışıqlardan yayınması və güzəştsiz mövqe sərgiləməsi, bir neçə aydan sonra keçirilən parlament seçkilərinə hazırlıq prosesi ilə bağlıdır. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a deyib ki, Rusiyanın da Qarabağla bağlı sükutu Qərbin seçki qabağı Ermənistanda hər hansı bir siyasi hərəkətliliyinin qarşısını almaqdan irəli gəlir: "Ermənistan prezidenti Serj Sərkisyan Qarabağla bağlı mövqeyini sərtləşdirmək, daxili auditoriyanı və erməni ictimaiyyətini sakitləşdirməklə növbəti seçkilərdə partiyasının qələbəsini təmin edərək,baş nazir postuna hazırlaşmaq siyasətini aparır. Belə bir situasiya ilə status-kvonun saxlanması, Ermənistanın xeyrinə işləyir". Politoloq hesab edir ki, Ermənistanın hazırkı siyasətinə adekvat cavab cəbhə bölgəsində verilməlidir: "Bu münaqişənin uzanması, Rusiya və Ermənistan ittifaqının möhkəmlənməsinə və işğala zəmin yaradılmasına xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31