Üzüm dənəsinin faydaları

Çoxları sevərək yediyi üzümün dənələrinin nə qədər faydalı olduğunu bilmir. Əgər üzümün dənəsini yemirsinizsə, sağlamlığınızı təhlükəyə atmış olduğunuzu bilirdinizmi? Üzüm dənəsinin bilinməyən faydaları aşağıdakılardı.

Çoxları sevərək yediyi üzümün dənələrinin nə qədər faydalı olduğunu bilmir. Əgər üzümün dənəsini yemirsinizsə, sağlamlığınızı təhlükəyə atmış olduğunuzu bilirdinizmi? Üzüm dənəsinin bilinməyən faydaları aşağıdakılardı.

Damar sərtliyinə qarşı qoruyucudu. Bu səbəbdən də infartk riskini azaldır. Bədən üçün lazımlı xolestrin yüksəlməsinə, zərərli xolestrin azalmasına kömək edir. Həmçinin, antioksidan təsiri ilə xərçəngə qarşı qoruyucudu. Alimlər üzüm dənəsini yəyərək xərçəngin müalicəsini uğurla başa vurmağın  mümkünlüyü sübut ediblər.

Yüksək qan təzyiqindən əziyyət çəkən  insanlarda qıl damarların faliyyətini gücləndirir. Gözdə mövcud olan qıl damarlarda qan dövriyyəsini surətləndirir. Davamlı kompüter istifadə edən şəxslərin göz sağlamlıqları üçün üzüm dənələrini yemələri məsləhətdi. Yaşlanmanın səbəb olduğu görmə probleminin də aradan qalxmasına kömək edir.

Solğun, cansız üz dərisinə sahib olanlar və üz qırışlarından əziyyət çəkənlər üçün üzüm dənələri təbii dərmandı. Belə ki, üzüm dənəsinin tərkibindəki maddələr üzdəki bağları qüvvətləndirir və üz dərisinin sallanmasına mane olur. Hüceyrələri yeniləyir və sizin cavan görünmənizə yardım edər. Həmçinin bəzi kosmetik məhsulların hazırlanmasında üzüm dənələrindən istifadə olunur. Üz və dodaq qoruyucuları, üz və bədən kremlərinin tərkibində tez - tez üzüm dənələrinə rast gəlinir.

Sədəf kimi tanınan dəri xəstəliklərinin müalicəsində də bu təbii vaistədən geniş istifadə olunur.

Tərkibində C vitamini olan üzüm dənəsini mütəxəssislər damaqların qanamasında, saçların sağlam uzanmasında sonsuz faydalı olduğunu bildirirlər. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31