"Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları işlə necə təmin olunur?

Qubad İbadoğlu: “Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb” Azərbaycan gənclərinin daha keyfiyyətli və müasir tələblərə cavab verən müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə göndərilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən biri hesab edilib. Hələ ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə ölkə gənclərini keçmiş Sovet respublikalarına, əsasən isə Moskvaya ali təhsil almağa göndərir, onların bilikli, bacarıqlı kadr kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin zamanında keçmiş müttəfiq respublikalarına ali təhsil almağa göndərilən şəxslər bu gün dünyanın tanınmış ekspertləri, mühəndis və iqtisadçıları hesab edilir. Həmin insanların əksəriyyəti bu gün ölkənin müxtəlif sahələrdə inkişafına öz töhfəsini verir.

Qubad İbadoğlu: "Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb"

Azərbaycan gənclərinin daha keyfiyyətli və müasir tələblərə cavab verən müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə göndərilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən biri hesab edilib. Hələ ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə ölkə gənclərini keçmiş Sovet respublikalarına, əsasən isə Moskvaya ali təhsil almağa göndərir, onların bilikli, bacarıqlı kadr kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin zamanında keçmiş müttəfiq respublikalarına ali təhsil almağa göndərilən şəxslər bu gün dünyanın tanınmış ekspertləri, mühəndis və iqtisadçıları hesab edilir. Həmin insanların əksəriyyəti bu gün ölkənin müxtəlif sahələrdə inkişafına öz töhfəsini verir.

Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra da gənclərin xarici ölkələrə dövlət hesabına göndərilməsi, ali təhsil alması və bacarıqlı kadr kimi geri qayıdaraq ölkənin inkişafına töhfə verməsi diqqət mərkəzində oldu. Bu məqsədlə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram"ları təsdiq olunaraq icra edilməyə başlanıldı.. Bəs görəsən qeyd edilən proqramlar hansı müsbət nəticələr doğurur?

İqtisadçı Qubad İbadoğlu deyir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın başa çatmasından 10 aydan artıq vaxt keçməsinə baxmayaraq, onun nəticələri və təsirləri hələ də müzakirəyə çıxarılmayıb: "Xüsusilə də islahat bəyanatlarının çoxaldığı indiki şəraitdə bu proqramın məzunlarının idarəçilikdə iştirak imkanlarının dəyərləndirilməsi məqsədəuyğun olduğu bir vaxtda məqsədli şəkildə "Qara qızılın insan kapitalı"na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram barəsində yüksək səviyyəli müzakirələr aparılmır. Hətta Azərbaycan Respublikasının təhsil naziri nə Nazirlər Kabinetinin 2015-ci ilin, nə də ki, 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında çıxış edərkən bu proqramın icra vəziyyəti və onun nətciələri barədə heç bir məlumat səsləndirməyib. Nədən bu proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir? Nədən onun davam etdirilməsi ilə bağlı təşəbbüslər yoxdur? Niyə proqram iştirakçıları, məzun olanlar və onların hazırkı statusu ilə bağlı məlumatlar açıqlanmır?". İqtisadçı deyir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) son hesabatına görə, 2008-2015-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 milyon manat, bu ilin ilk 9 ayında 20,8 milyon manat, bütövlükdə isə 177,6 milyon manat məbləğində vəsait ayrılıb: "31 dekabr 2015-ci il tarixinə Azərbaycan Respublikası Dvlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 283 nəfər təşkil edir. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (28,9 ), Türkiyə (22,2 ), Almaniya (12,5), Kanada (7,2 ), Niderland (5,3 ) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Hazırda 1335 təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub. Onlardan əlavə məzun olanların Azərbaycana qayıtmaması ilə bağlı məlumat açıqlanmasa da belələrinin sayı yüzlərlədir. Baxmayaraq ki, müqaviləyə əsasən öhdəliyini yerinə yetirməyən tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Bu prosesə də Təhsil Nazirliyi nəzarət edir. Amma nəticələr barədə açıqlama vermir. Son məlumatlara görə, təhsilini başa vuraraq Azərbaycana qayıdan təqaüdçülərin 20 faizindən çoxu işsizdir. İşləyənlərin 60 faizi i özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır". İqtisadçı Qubad İbadoölu hesab edir ki, müvafiq qurumlar ictimaiyyəti bu barədə məlumatlandırmalı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın nəticələri, müsbət və ya mənfi tərəfləri barədə məlumat verməlidirlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31