Gündəm

Aprel döyüşlərinin qəhrəmanları gənclərin qürur mənbəyinə çevrilib

8 Noyabr 2016 15:08

Son vaxtlar ölkədə hərbi vətənpərvərliklə bağlı keçirilən tədbirlərin sayı əhəmiyyətli dərəcədə artıb. Etiraf edilməlidir ki, vətənpərvərliyin təbliği ilə bağlı tədbirlər müxtəlif təşkilatlar tərəfindən könüllü surətdə hhəyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi davam edir.

Korrupsiya barədə məlumat verən şəxslərin hüquqları qorunacaq

8 Noyabr 2016 15:04

Dövlət qurumları və bələdiyyələrdə xüsusi struktur bölmə yaradılacaq Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunu təsdiqləyib. Dəyişikliklər qanunu 11-1 və 11-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutur.

Dünya birliyi və beynəlxalq təşkilatlar Ermənistanin məkrli siyasətə göz yummamalıdır

8 Noyabr 2016 15:02

Sahibə Qafarova: “”Dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir” Son həftələr Dağlıq Qarabağ probleminin həllinə olan biganə münasibət, münaqişənin sülh yolu ilə həll istiqamətində aparılan danışıqlar prossinə Ermənistan tərəfindən yaradılan maneə və bütün bunlara rəğmən nə problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, nə də digər büynəlxalq təşkilatların adekvat reaksiya ortaya qoymaması dünyada ikili standartların, xristian təssübkeşliyinin mövcud olduğunu bir daha ortaya qoydu.

"Qarabağ"ın oyununu stadionda izləyəcəm

8 Noyabr 2016 15:01

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu barədə fikirlərini açıqlayıb

Bayrağımız-qürur mənbəyimiz

8 Noyabr 2016 14:59

Bu gün dövlət atributlarımızdan biri sayılan, qürur mənbəyimiz olan Bayraq Günüdür. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da onun atributlarından biri olan bayrağa böyük sevgi, məhəbbət var. İstənilən ölkə vətəndaşı çalışdığı sahədən asılı olmayaraq bayrağımızı zirvələrə qaldırmağa, onu yüksəklərdə dalğalandırmağa çalışır. Həmçinin bayrağımıza əl uzadan, onu təhqir etmək niyyətinə düşənlər də vətənpərvər oğullarımız tərəfindən öz layiqli cavablarını alırlar. Necə ki, milli atributumuzu təhqir edən erməni zabiti Qurgen Markaryan bu aqibəti yaşadı və qəhrəman Vətən oğlu Ramil Səfərov tərəfindən öz layiqli cavabını aldı.

Bayrağa məhəbbət xalqa, dövlətə məhəbbətdi

8 Noyabr 2016 14:51

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

“Siyasətin öz yeri, yaradıcılığın, mətbuatın da öz yeri var”

8 Noyabr 2016 14:48

Elçin Mİrzəbəyli: “Heç vaxt nə siyasətlə, nə də digər yaradıcılıq istiqamətləri ilə medianı qarışdırıb səhv salmıram” On beş ildir ki, Azərbaycanın gündəlik mətbuat orqanları sırasında öz dəsti-xətti ilə seçilən “Xalq Cəbhəsi” qəzetinin yubileyinə sayılı günlər qalıb. İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunan qəzetə 2006-cı ildən etibarən tanınmış siyasətçi, şair və jurnalist Elçin Mirzəbəyli rəhbərlik edir. Elə qəzetin ötən dövrdəki fəaliyyəti və gələcək prespektivləri ilə bağlı baş redaktor Elçin Mirzəbəyli ilə söhbətləşdik. 

Mülki Prosessual Məcəllədə dəyişiklik edildi

8 Noyabr 2016 14:42

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 330-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirir

8 Noyabr 2016 14:40

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 361-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Məktəblilər arasında ictimai davranış qaydaları təbliğ olunub

8 Noyabr 2016 14:39

Gənc  ictimai fəal  Samir Pənəliyev  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Etika və ictimai davranış mədəniyyətinin  təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir bu gün Bakının Xətai rayonundakı Zığ qəsəbəsində  Laçın rayon 28 saylı tam orta məktəbdə baş tutub.

Xəzərdəki "Dərinsulu Günəşli" platformasında bir nəfər itkin düşüb

8 Noyabr 2016 14:34

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb. Bu barədə “Report”a yatağın işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

8 Noyabr 2016 14:32

Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Rəcəb Tayyib Ərdoğan Belarusa rəsmi səfər edəcək

8 Noyabr 2016 14:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Akkumlyator oğrularının digər əməlləri də ifşa olundu

8 Noyabr 2016 14:28

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Kamran Hacıyevə məxsus "ZİL-130" və Xəyal Cabbarova məxsus"QAZel" markalı avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Elmar Hüseynli və Bəxtiyar Camalov tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 26-da Qalib Ziyadova məxsus "Nissan" markalı avtomobildən 850 manat pul, noyabrın 1-də Kərəm Cəfərova məxsus "VAZ-2106" markalı avtomobildən 500 manat pul, mobil telefon və maqnitofon oğurlamaları da müəyyən edilib.

İdman zalından kombi oğurlayan yaxalanıb

8 Noyabr 2016 14:25

Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-nə keçən gecə rayon ərazisindəki idman zallarından birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Emin Baxşıyev tutulub. Araşdırma aparılır.