Dünya birliyi və beynəlxalq təşkilatlar Ermənistanin məkrli siyasətə göz yummamalıdır

Sahibə Qafarova: “”Dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir” Son həftələr Dağlıq Qarabağ probleminin həllinə olan biganə münasibət, münaqişənin sülh yolu ilə həll istiqamətində aparılan danışıqlar prossinə Ermənistan tərəfindən yaradılan maneə və bütün bunlara rəğmən nə problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, nə də digər büynəlxalq təşkilatların adekvat reaksiya ortaya qoymaması dünyada ikili standartların, xristian təssübkeşliyinin mövcud olduğunu bir daha ortaya qoydu.

Sahibə Qafarova: ""Dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir"

Son həftələr Dağlıq Qarabağ probleminin həllinə olan biganə münasibət, münaqişənin sülh yolu ilə həll istiqamətində aparılan danışıqlar prossinə Ermənistan tərəfindən yaradılan maneə və bütün bunlara rəğmən nə problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, nə də digər büynəlxalq təşkilatların adekvat reaksiya ortaya qoymaması dünyada ikili standartların, xristian təssübkeşliyinin mövcud olduğunu bir daha ortaya qoydu. Anoloji münasibəti eyni zamanda həmsədr ölkələrin rəsmi şəxslərindən də müşahidə etdik. Ən son isə Minsk qrupu həmsədrlərinin regiona səfəri ilə bu ədalətsizlik, qeyri-obyektiv yanaşma özünü çılpaqlığı ilə göstərdi. Hazırda isə müşahidə edilən mənzərə ondan ibarətdir ki, işğalçı ölkə cəzasızlıq sindromundan istifadə edərək daha aqressiv münasibət sərgiləyir, indyə qədər həyata keçirdiyi işğalçılıq siyasətini "hüquqi əsaslarla" tənzimləyir.

Elə separatçı rejimin konstitusiyasında dəyişikliklər edilməsi və erməni işğalı altında olan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Artsax adlandırılmasına yönəlik gedişlər də buna hesablanıb. Ermənistanın ortaya qoyduğu aqressiv münasibət, komromisdən uzaq mövqe ortaya qoymaq kimi gedişlər bu və ya digər beynəlxalq təşkilatların toplantılarında Azərbaycanın nümayəndə heyəti tərəfindən dəqiq faktlarla səsləndirilsə, bu istiqamətdə Yerevana qarşı zəruri addımların atılması təşəbbüsü irəli sürülsə də, təssüflər olsun ki, hələ də bəlli dairələrdə erməni sevgisi davam edir. Bu ədalətsiz yanaşma isə hər ötən gün regionda müharibə təhlükəsini bir qədər də artırır.

Bu günlərdə Türkiyənin İstanbul şəhərində "Qaçqın və mirqant problemi" mövzusunda keçirilən beynəlxalq konfransda da Ermənistanın təcavüzkar siyasəti bir daha kəskin şəkildə tənqid olunub, işğalçı ölkənin qeyri-insani davranışları yüksək tribunadan dünyaya çatdırılıb. Məlumat üçün qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) və Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə "Qaçqınlar və miqrantlar problemi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edən Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını dərhal tərk etməli, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qaçqın və miqrant problemləri ilə bağlı Parlament Assambleyasında görülən işlər, o cümlədən bu sahədə Azərbaycanın yaşadığı problemlər barədə də iştirakçıları məlumatlandırıb. Deputat qeyd edib ki,

dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir: "Ermənistan BMT və digər beynəlxalq təşkilatların işğala son qoymaq barədə qərar və qətnamələrini yerinə yetirmir, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən çoxdur ki, öz yurdundan didərgin düşüb". Sahibə Qafarova vurğulayıb ki, təcavüzkar Ermənistanın işğalçı ordusu ən qısa zamanda Azərbaycanın zəbt olunmuş torpaqlarından çəkilməli, işğal faktına son qoyulmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Milli Məclisin deputatı bəyan edib ki, Ermənistan rəhbərliyi öz vətəndaşlarını, həmçinin münaqişələr yaşanan ölkələrdən olan qaçqınları məqsədli şəkildə işğal etdiyi Azərbaycan torpaqlarında, əsasən də Dağlıq Qarabağda məskunlaşdırır: " Dünya birliyi və beynəlxalq təşkilatlar Cenevrə Konvensiyasının (1949) prinsiplərinə zidd olan bu məkrli siyasətə göz yummamalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31