"Qarabağ"ın oyununu stadionda izləyəcəm

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu barədə fikirlərini açıqlayıb

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu barədə fikirlərini açıqlayıb.

Olaylar.az qol.az-a istinadən xəbər verir ki, Bakıdakı bu görüşü stadiondan izləyəcək.

"Futbol və idman bir bayram, insanların, xalqların bir yerdə olması üçün gözəl vasitədir. Təəssüf ki, vaxtımın azlığına görə "Fiorentina" ilə "Qarabağ"ın İtaliyadakı matçına gedə bilmədim. Amma əlbəttə ki, Bakıdakı oyunu mütləq stadiondan gedib izləyəcəyəm və əlbəttə ki, "Fiorentina"ya azarkeşlik edəcəyəm. Amma futbolda belə bir deyim var ki, ən güclü qalib gələcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31