Gündəm

"London Taxi" piyadanı vurub öldürüb

8 Noyabr 2016 14:23

Noyabrın 7-də saat 19 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi "London Taxi" markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub. DİN-dən verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Minik avtomobili ilə yük maşını toqquşub-ölən var

8 Noyabr 2016 14:22

Noyabrın 7-də saat 12 radələrində Tovuz şəhərində rayon sakini Şakir Sultanov idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Vidadi Məmmədova məxsus "KrAZ" markalı avtomobilə vurub. DİN-dən verilən məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Ailə kolbasadan xəstəxanalıq oldu

8 Noyabr 2016 14:21

Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, Yaşar Muradov küşəsindəki 27 nömrəli mənzildə yaşayan 42 yaşlı tapdıq Rüstəmov mağazadan aldğı kolbasanı ailə üzvləri ilə birlikdə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb.Nəticədə Rüstəmov, həyat yoldaşı 37 yaşlı Könül Şərifova, övladları 8 yaşlı Əli Rüstəmzadə və 6 yaşlı Sima Rüstəmzadə kəskin mədə ağrıları, qızdırma və qusmaəlamətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hal-hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

6 nəfər nikaha daxil ola bilmədi 

8 Noyabr 2016 14:19

Son bir ayda Azərbaycanda nikaha daxil olmaq üçün müayinədən keçən şəxslərdən 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub.

Türk dünyasının ortaq problemləri

8 Noyabr 2016 14:17

Məsələ Türkiyədə müzakirə edilib   Alim  Millət vəkili Q.Paşayeva Dənizlidə “Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və sabahı və” ilə bağlı konfrans verib. Dənizlidə “Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və sabahı və Türk dünyasının ortaq problemləri” ilə bağlı konfranslar verən millət vəkili Q.Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışııb.

Milli Məclisin komitə sədrinə itgi üz verib

8 Noyabr 2016 14:15

Milli Məclisin deputatına ağır itki üz verib. Məlumata görə, Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının bacısı Natəvan Naxçıvanlı dünyasını dəyişib. Allah rəhmət eləsin!

Maşından pul oğurlayan tutulub

8 Noyabr 2016 14:14

Paytaxtda avtomobildən oğurluq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Bakı şəhər sakini Tofiq Teyfurova məxsus "Ford" markalı avtomobildən 138 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Simran Ağayev tutulub. Araşdırma aparılır. 

Klubdan televizor oğurlayanlar ələ keçib

8 Noyabr 2016 14:13

Bakıda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Nəsimi rayonu ərazisindəki klublardan birindən 7 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən "VAZ-21154" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Cavid Urşanov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Dırnaq yeməmək üçün...

8 Noyabr 2016 14:11

Bir çoxlarının tərgitmək istədikləri pis vərdişlərdən biri də dırnaq yeməkdi. Fərqli üsullardan istifadə etmisinizsə və heç bir nəticə əldə etməmisinizsə bu üsullardan istifadə edə bilərsiniz. İlk olaraq özünüzə qadağa qoymağı bacarın. Əgər bu üsul sizə kömək etmədisə, o zaman dırnaq boyasından istifadə edin. Lakin bunu özünüz etməyin. Gözəllik salonunda  və pul qarşılığında edin. Salonda dırnaqlarınıza görə verdiyiniz pul sizə “mane” olacaq. Bu zaman dırnaqlarınızı yeyə bilməyəcəksiniz. Dırnaqlarınızı qısa tutmaqla bu vərdişinizdən azad olun. Uzun dırnaqlar daha tez qırılır. Bu hadisə siz evdə olmayanda ola bilər. Yanınızda dırnağınızı düzəltmək üçün lazım olan alətlər olmadıqda, əlləriniz və dişlərinizlə dırnağınızı “düzəltməyə” çalışacaqsınız. Ona görə uzun dırnaq saxlamanız məsləhət deyil.

Sumqayıtda kafe yanıb

8 Noyabr 2016 14:10

Sumqayıt şəhərində yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xolestrini aşağı salacaq beş qida

8 Noyabr 2016 14:04

Xolestrini aşağı salacaq beş qida Gündəlik qida rasionumuzda olan yeyəcəklər sizin sağlam olmanıza yardım edəcək.Bədəndəki zərərli xolestrinləri bu qidalarla aşağı sala bilərsiniz.

50 il bundan öncə itmişdi

8 Noyabr 2016 14:01

50 il əvvəl kosmik fəzada yox olan LES1 peyki radiosiqnallar verməyə başlayıb. Peyk 237 Meqa Herts dalğasında 4 saniyədə bir radio siqnal verir. Peykdən gələn ilk siqnallar 2013 –cü ildə İngilis radioastronomları tərəfindən qeydə alınıb. Ancaq onlar buna cox əhəmiyyət verməyiblər. Son araşdırmalara görə bu siqnalların 1967 – ci ildə kosmosda itən LES 1 peykinə aid olduğu müəyyən edilib. NASA 1967 ci ildə kosmosa çıxan peykin uçuş hesablamalarında səhvə yol verildiyindən kosmaosa çıxdıqdan az zaman içində qeyb olub. İndi çox təəcüblü olsa da peyk yenidən radiosiqnallar verməyə başlayıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb

Türkiyədə fəaliyyət göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir

8 Noyabr 2016 13:58

"Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.

1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var

8 Noyabr 2016 13:55

"1915-ci ildə ermənilərin genosidə məruz qalması ilə bağlı ziddiyyətli məqamlar var". APA-nın məlumatına görə, bunu bu gün "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" mövzusunda Bakıda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" mövzusunda paneldə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ermənilərin 1915-ci ildə soyqırıma məruz qalıb-qalmaması ilə bağıl sualı cavablandırarkən deyib.

Hava yağmursuz keçəcək, duman olacaq

8 Noyabr 2016 13:53

Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.