6 nəfər nikaha daxil ola bilmədi 

Son bir ayda Azərbaycanda nikaha daxil olmaq üçün müayinədən keçən şəxslərdən 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub.

Son bir ayda Azərbaycanda nikaha daxil olmaq üçün müayinədən keçən şəxslərdən 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçən ilin iyunun 1-dən oktyabrın 30-dək nikaha daxil olmaq istəyən 207 731 nəfər tibbi müayinədən keçirilib. Müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyəyn edilib. Qeyd edək ki, tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31