Dırnaq yeməmək üçün...

Bir çoxlarının tərgitmək istədikləri pis vərdişlərdən biri də dırnaq yeməkdi. Fərqli üsullardan istifadə etmisinizsə və heç bir nəticə əldə etməmisinizsə bu üsullardan istifadə edə bilərsiniz. İlk olaraq özünüzə qadağa qoymağı bacarın. Əgər bu üsul sizə kömək etmədisə, o zaman dırnaq boyasından istifadə edin. Lakin bunu özünüz etməyin. Gözəllik salonunda  və pul qarşılığında edin. Salonda dırnaqlarınıza görə verdiyiniz pul sizə “mane” olacaq. Bu zaman dırnaqlarınızı yeyə bilməyəcəksiniz. Dırnaqlarınızı qısa tutmaqla bu vərdişinizdən azad olun. Uzun dırnaqlar daha tez qırılır. Bu hadisə siz evdə olmayanda ola bilər. Yanınızda dırnağınızı düzəltmək üçün lazım olan alətlər olmadıqda, əlləriniz və dişlərinizlə dırnağınızı “düzəltməyə” çalışacaqsınız. Ona görə uzun dırnaq saxlamanız məsləhət deyil.

Bir çoxlarının tərgitmək istədikləri pis vərdişlərdən biri də dırnaq yeməkdi. Fərqli üsullardan istifadə etmisinizsə və heç bir nəticə əldə etməmisinizsə bu üsullardan istifadə edə bilərsiniz. İlk olaraq özünüzə qadağa qoymağı bacarın. Əgər bu üsul sizə kömək etmədisə, o zaman dırnaq boyasından istifadə edin. Lakin bunu özünüz etməyin. Gözəllik salonunda  və pul qarşılığında edin. Salonda dırnaqlarınıza görə verdiyiniz pul sizə "mane" olacaq. Bu zaman dırnaqlarınızı yeyə bilməyəcəksiniz.

Dırnaqlarınızı qısa tutmaqla bu vərdişinizdən azad olun. Uzun dırnaqlar daha tez qırılır. Bu hadisə siz evdə olmayanda ola bilər. Yanınızda dırnağınızı düzəltmək üçün lazım olan alətlər olmadıqda, əlləriniz və dişlərinizlə dırnağınızı "düzəltməyə" çalışacaqsınız. Ona görə uzun dırnaq saxlamanız məsləhət deyil.

Acı dırnaq boyasından istifadə etmək sizi bu vərdişinizdən xilas edə bilər.

Özünüzdə kiçik araşdırma aparın. Nə zaman dırnaq yediyinizi dəftərçənizə qeyd edin. Darıxanda, yoxsa əsəbləşəndə? Səbəbini özünüzdə dəqiqləşdirdikdən sonra təkrar həmin vəziyyətə düşsəniz özünüzə başqa nəsnələrlə məşğul etməyə çalışın.

Sizin üçün bu vərdişdən qurtulmaq çətin ola bilər. O zaman asta - asta tərgitməyə çalışın. Belə ki, ilk olaraq bir barmağınızda, daha sonra digər barmağınızdakı dırnaqları "yeməyin". Bu üsulla "yemədiyiniz" dırnaqlar sizə güc verəcək.

Səbirli olub özünüzə inansanız bu vərdişdən qurtula bilərsiniz.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31