Rövşən Lənkəraniskini italyan polisindən kim xilas edib?

Fizuli Məmmədov: “Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığım olmayıb” “Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsə idi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim” Son vaxtlar ‘’Dünya Azərbaycanlıları İttifaqı” nın (DAİ) prezidenti və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov yenidən mətbuatın diqqət mərkəzinə çevrilib.

Fizuli Məmmədov: "Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığım olmayıb"

"Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsə idi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim"

Son vaxtlar ''Dünya Azərbaycanlıları İttifaqı" nın (DAİ) prezidenti və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov yenidən mətbuatın diqqət mərkəzinə çevrilib.

Rusiya ABŞ-a nota verdi

Ənənəvi olaraq bu dəfə də Fizuli Məmmədovla bağlı bəzi media qurumlarında təxribat xarakterli materiallar dərc edilib. Təbii ki, qərəzli şəkildə dərc olunan və bunun getdikcə silsilə xarakteri daşıması DAİ-nin Baş Şurasının etiraz bəyanatı yaymasına səbəb olub. Belə ki, bu günlərdə İttifaqın prezidenti haqqında böhtan xarakterli məqalənin dərcinə münasibət ifadə etmək üçün DAİ nin Baş Şurasının təcili iclası çağrılıb. İttifaqın Baş Şurasının yaydığı etiraz bəyanatında qeyd edilir ki, bir müddət əvvəl Azərbaycan saytlarının birində güya ''Rövşən Lənkəranski'' kimi tanınan kriminal avtoritet Rövşən Rafiq oğlu Canıyevin 2014-cü ildə italyan polisindən gizlənmək üçün bir müddət Fizuli Məmmədovun Milanda və Berqamodakı villalarında qaldığı barədə yazı dərc olunub: "Biz ilk əvvəl bu böhtan yazısına ciddi reaksiya bildirmədik və bu internet resursunu reklam etməmək üçün öz hiddətimizi aşkar şəkildə biruzə vermədik. Biz gözəl anlayırıq ki, bir çox tanınmayan saytlar məhz qalmaqallı yazılar dərc etməklə səhifəyə baxışların sayını artırmağa çalışırlar. Amma, nə zaman ki, bu böhtan xarakterli yazını Rusiya sosial şəbəkələrindən birinin səhifəsində yerləşdirdilər, onda məsələ ilə əlaqədar mövqeyimizi bildirmək və buna nöqtə qoymaq üçün Beynəlxalq ictimai birliklər ittifaqı ''Dünya Azərbaycanlıları İttifaqı" nın iclasını çağırmağı qərara aldıq". Bəyanatda qeyd edilir ki, DAİ nin Baş Şurasının bütün üzvləri bu informasiyanı tamah məqsədli bayağı təxribat hesab edir. Qurum hesab edir ki, belə hallar çox olub və bənzər komromat materialar onların qurbanlarından pul qopartmaq məqsədilə dərc olunub: "Lakin, ''bu təxribatınn arxasında kim və hansı güclər dayanır?'' sualına cavab vermək bizim üçün zəruri idi. Bu təxribatda Azərbaycan diaspor təşkilatlarının və fəallarının iştirakı avtomatik olaraq istisna olunur. Çünki, DAİ həm Rusiyada, həm də digər dünya ölkələrində olan bütün Azərbaycan diaspor təşkilatları ilə xoş dostluq münasibətləri saxlayır. Biz heç zaman diaspor təşkilatlarımız arasında rəqabət atmosferi yaratmamışıq və heç kimin yolunu kəsməmişik, DAİ-nin prezidenti Fizuli Məmmədov isə yorulmadan Azərbaycan diasporunu birliyə səsləyir və diaspor təşkilatları arasında rəqabət prinsipindən əl çəkməyi, Azərbaycan xalqının maraqlarına cavab verən ümumi məqsədlərə nail olmaq üçün həmrəylik və sıx əməkdaşlıq prinsipinə keçməyi təklif edir. Bundan başqa, imkan olduqca bizim diaspor təşkilatlarımız - Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı" və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondu maliyyə və hüquqi yardım üçünbizə müraciət edən həmvətənlərimizə və diaspor təşkilatlarımıza hər zaman yardım göstərir. Apardığımız diqqətli təhlil göstərdi ki, Fizuli Məmmədova qarşı hazırki təxribatın arxasında yalnız tamah məqsədi güdən bir qrup jurnaslist dayana bilər".

DAİ prezidentinin KİV ilə iş üzrə müavini Mehman Qafarlı qeyd edib ki, hər dəfə buna bənzər təxribatlar Fizuli Məmmədovun doğma Azərbaycanla bağlı vacib məsələlərə dair hər hansı fəallığından, fikir və münasibətini bildirməsindən sonra baş verir: ''Fizuli Məmmədovun jurnalistlərlə tez-tez ünsiyyətdən imtina etməsi onunla əlaqədardır ki, o azərbaycan KİV-lərində olduqca çox görünəndə dərhal sual yaranır: ''Fizuli Məmmədovun Azərbaycan medya məkanındakı bu fəallığı nə ilə bağlıdır?''. Bəzi pis niyyətli insanlar isə Fizuli Məmmədovun ''siyasi ambisiyaları'' haqqında uydurmalar ortaya çıxarmağa başlayırlar. Bunun baş verməməsi üçün Fizuli Məmmədov son vaxtlarda KİV-lə ünsiyyətində fasiləyə üstünlük verir. Bundan başqa, Fizuli Məmmədovun fiziki olaraq da müsahibəyə vaxtı qalmır. Bununla bərabər, hətta yazılı cavablara baxmayaraq bəzi jurnalistlər Fizuli Məmmədovla müsahibəni dəyişdirərək dərc edirlər. Bəzi hallarda hətta onun ifadələrinin mənasını təhrif edirlər, müsahibəni sensasiyaya çevirmək üçün onun mətndəki bəzi sözlərini qabardırlar. DAİ nin Baş Şurasının iclası zamanı biz telefonla təşkilatımızın prezidenti Fizuli Məmmədovla əlaqə saxladıq. 2014-cü ildə güya Rövşən Lənkəranskinin italyan polisindən qaçarkən onun İtaliyadakı villalarında gizlənməsi haqqında gedən yazı Fizuli Məmmədovda təəccüb yaratdı. O, bildirib ki, Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığı olmayıb və məqalədə yazılan hər şey tamamilə cəfəngiyyatdır: "Orda qeyd edilən bütün ''faktlar'' - jurnalistlərin fantaziyasıdır. Belə bir şey olmayıb və ola da bilməz. Mən həyatda heç zaman bu insanla görüşməmişəm. Mən istənilən azərbaycanlıya kömək etməyə hazıram, əgər mənim bu köməyim hər hansı ölkənin qanunlarını pozmursa və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmırsa. Mən öz xalqımı sevirəm. Azərbaycanlı, talış, ləzgi və ya hər hansı digər milliyətdən olmasından asılı olmayaraq bütün həmvətənlərimə hər zaman kömək etmişəm və kömək edirəm. Onların hamısı mənə əzizdir və doğmadır. Bütün həmvətənlərimiz mənim üçün vahid Azərbaycan xalqıdır. Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsə idi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim. Mən Rusiyada da, İtalyada da qanunlara tabe olan və vergi ödəyən vətəndaş olmuşam və indi də beləyəm. Harda yerləşməklərindən asılı olmayaraq yaşadıqları ölkələrin qanunlarını pozmadan mən həmişə azərbaycanlılara kömək edirəm. Şəxsi həyatımda olduğu kimi, biznesimdə də qanunun ruhuna və hərfinə əməl edirəm. Lakin, hətta buna baxmayaraq, 15 il öncə mənim həyatımda bir iyrənc təxribat olub və buna görə 2 il əziyyət çəkmişəm və sağlamlığımı korlamışam. Buna görə də hər şeyə ehtiyatla yanaşıram''.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31