Gündəm

Masallı və Lerikdə sürüşmə olub, yaşayış evləri təhlükəli vəziyyətlə üzləşib

10 Noyabr 2016 14:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası cənub bölgəsində sürüşmə sahələrində monitorinq aparıb.

Ermənilərin Bakıdan dünyaya verdikləri mesaj

10 Noyabr 2016 14:40

Bu həm də minlərlə erməninin etirafı deməkdir Bu günlərdə Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfrans istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində şok effekti yaratdı desək yanılmarıq. Bu effekt özünü konfrans iştirakçılarının tərkibi, onların ortaya qoyduqları mövqedə göstərirdi. Məlum olduğu kimi sözügedən konfransda ermənilər də iştirak edirdi.

"Azərbaycanın ABŞ-dan gözləntisi odur ki..."

10 Noyabr 2016 14:36

Olaylar.az  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsini təqdim edir: - ABŞ-dakı seçki prosesi dövründə bir sıra dövlətlər və siyasətçilər ABŞ-dakı seçki prosesi barədə şərhlər verir, namizədlərin xeyrinə çıxışlar edir və mülahizələr yürüdürdülər. Amma seçkinin nəticələri fərqli oldu. Seçkilərin nəticələri barədə nə deyərdiniz?

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

10 Noyabr 2016 14:31

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycan tərəfi bütün istiqamətlərdə şərt qoyan və diqtə edən tərəfdir

10 Noyabr 2016 14:29

Arzu Nağıyev: “Buna görə də ermənilər müxtəlif siyasi manevrlər edirlər” “Bu da münaqişənin həllinə mənfi təsir edir” Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən hər vasitə ilə yayınmağa, danışıqlar prosesinə əngəl olmaqla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. İşğalçı ölkənin bu qeyri-konstruktiv addımı son aylar daha qabarıq şəkildə özünü göstərir. Elə separatçı rejimin konstitusiyasına dəyişikliklər edərək Dağlıq Qarabağı Artsax adlandırmaq cəhdi də bunun tərkib hissəsidir. Bəs görəsən işğalçı ölkənin bu təxribat xarakterli hərəkətləri cəbhə xəttində yenidən gərginliyi artıra və hərbi əməliyyatlar aktiv fazaya qədəm qoya bilərmi? Bu və ya digər suallara aydınlıq gətirmək üçün siyasi ekspert Arzu Nağıyevə müraciət etdik. Arzu Nağıyev “OLAYLAR”-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı ortaya qoyduğu münasibətə də toxunub.

Bəşəriyyəti uçuruma aparan yol

10 Noyabr 2016 14:27

Narkomaniya cəmiyyəti təhdid edən bəladır Hazırda dünya birliyi qarşısında duran mürəkkəb və təhlükəli problemlərdən biri narkomaniyadır. Narkomaniya cəmiyyəti təhdid edən sosial bəlaya çevrilib. İlk növbədə gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən və ən ciddi sosial problemlərdən hesab olunan narkomaniya təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual olaraq qalmaqdadır. Bəs, Azərbaycanda, xüsusən də regionlarda bu sosial bəlaya qarşı necə mübarizə aparılır?

Azərbaycan Mətbuat Şurası ilə İranın dövlət qurumu arasında  əməkdaşlıq memorandumu imzalanıb

10 Noyabr 2016 14:13

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə hazırda Tehranda səfərdə olan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hossein Entezami imza atıblar.

Amerikalıların Tramp seçimi nədən irəli gəldi?

10 Noyabr 2016 14:11

Elşən Mustafayev: “Son 8 ildə demokratların hakimiyyəti dövründə dünyada baş verən iqtisadi böhran, ABŞ-ın özündə olmuş maliyyə və ipoteka böhranları da narazı insanların sayını artırmışdı”

Tramp Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir

10 Noyabr 2016 14:09

Mütəllim Rəhimli: “Trampın ABŞ siyasətinə, idarəetmə mexanzmlərinə, müttəfiqlərinə yeniliklər gətirəcəyi istisna edilmir” Elxan Şahinoğlu: “Mümkündür ki, Tramp uğurlu iş adamı kimiAmerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın” Birləşmiş Ştatlarda çoxlarının gözləmədiyi seçki sonucu ortaya çıxdı. Barmaqla sayıla biləcək qədər şəxs Respublikaçılar Partiyasının namizədi Donald Trampın Ağ Ev rəhbəri seçiləcəyinə inandığı halda, Birləşmiş Ştatların 45-ci prezidenti məhz Tramp seçildi. İndi təkcə amerikalılar deyil, eləcə də bütün dünya bundan sonra Amerikanın hansı siyasi kursu həyata keçirəcəyini proqnozlaşdırır. Çünki Donald Tramp seçki kampaniyasına qoşulan zaman Ağ Ev rəhbəri seçiləcəyi təqdirdə Vaşinqtonun daxili və xarici siyasətində kordinal dəyişikliklər həyata keçirəcəyini bildirmişdi.

“Elektron cinayət işi” təqdim olundu

10 Noyabr 2016 14:07

Vergilər Nazirliyi digər dövlət qurumlarının iştirakı ilə “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib.Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Namiq Əliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb. O, ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

“Çalışırıq ki, Azərbaycan adını Rusiyada bir brendə çevirək”

10 Noyabr 2016 14:03

Toğrul Allahverdili: “Düşünürəm ki, buna qismən də olsa nail olmuşuq” Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev diaspor təşkilatlarını bir daha birliyə, həmrəyliyə səsləyərək onları daha mütəşəkkil, koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırdı.

Danışa bilmədim

10 Noyabr 2016 14:00

Siz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.

Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndələri İsmayıllıda olub 

10 Noyabr 2016 13:58

Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycan Peşə Təhsili sistemi ilə tanışlıq səfəri Proqramı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla keçirilən görüşdə rayonun sosial-iqtisadi inkişafı, aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, peşə yönümü sahəsində görülmüş işlər və Peşə Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin davamlı və əbədi olduğunu diqqətə çatdırılıb. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsili üzrə nazir müavini Elcan Dəmirçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Peşə Tədris Mərkəzi ilə tanış olub. Səfərin nəticələri, qarşılıqlı əlaqələrin inkişafı barədə müzakirələr aparılıb, peşə təhsilinin hər iki respublika üçün əhəmiyyətindən danışılıb.

Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin 10 illiyi qeyd ediləcək

10 Noyabr 2016 13:56

Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin yaranmasının 10 illik yubileyi qeyd ediləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat verən cəmiyyətin sədri Firəngiz Bağırova deyib ki, artıq 10 illik yubiley hazırlıqlarına start verilib: “Hər zaman olduğu kimi yaşadığım Assen şəhərində İCO mədəniyyət evində gözəl bir proqram hazırlanır. Gələn il keçiriləcək tədbirdə cəmiyyətin 10 ildə gördüyü işlər powerpoint şəkilində nümayış olunacaq və Azərbaycan musiqisi səslənəcək. Azərbaycan musiqisini, görkəmli bəstəkarlarımızın piano ücün yazdığları əsərləri holland şəgirdləri ifa edəcəklər. Bu mənim üçün böyük bir qürurdu”.

Millət vəkili: "Trampın seçilməsi erməniləri məyus edib"

10 Noyabr 2016 13:40

Amerika xalqı respublikaçıların namizədi Donald Trampı prezident seçməklə demokratların müəyyən, lakin pis olan daxili və xarici siyasətindən imtina edib, xoş ümidlər doğura biləcək qeyri-müəyyənlik dövrünə qədəm qoydu.