“Çalışırıq ki, Azərbaycan adını Rusiyada bir brendə çevirək”

Toğrul Allahverdili: “Düşünürəm ki, buna qismən də olsa nail olmuşuq” Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev diaspor təşkilatlarını bir daha birliyə, həmrəyliyə səsləyərək onları daha mütəşəkkil, koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırdı.

Toğrul Allahverdili: "Düşünürəm ki, buna qismən də olsa nail olmuşuq"

Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev diaspor təşkilatlarını bir daha birliyə, həmrəyliyə səsləyərək onları daha mütəşəkkil, koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırdı. Onu da etiraf etmək lazımdır ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında müəyyən ziddiyyətlər, problemlər yaşanıb.

Ermənistan "Çıraqovların işi"ni yubadır

Və Dünya Azərbaycanlılarının IV Qurultayındakı Prezident İlham Əliyevin səsləndirdiyi tövsiyyələr, verdiyi tapşırıqlardan sonra həmin problemlərin yoluna qoyulacağı, diaspor təşkilatları arasınbda mövcud olan fikir ayrılıqlarının sona yetəcəyi ümid edilir. Bəs görəsən, ötən müddət ərzində diaspor təşkilatları arasında bu istiqamətdə hansı müsbət tendensiyalar baş verib? Azərbaycan diasporunun ən güclü olduğu ölkələrdən birinin Rusiya Federasiyası təşkil etdiyini nəzərə alaraq Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin bu barədə fikirlərini öyrəndik. O, bildirib ki, bu gün ən güclü Azərbaycan diasporu məhz Rusiyadadır. Toğrul Allahverdilinin sözlərinə görə, Rusiya Federasiyası rəhbərliyi tərəfindən burada yaşayan bütün millətlərin fəaliyyəti üçün qanun çərçivəsində bütün şərait yaradılır: "Fəal olmağımızın səbəblərindən biri, bəlkə də birincisi bizim bu işə könüllü yanaşmağımızdır. Diasporamız Rusiyada çox ilklərə imza atıb. Biz çalışırıq ki, Azərbaycan adını Rusiyada bir brendə çevirək. Düşünürəm ki, buna qisməndə olsa nail olmuşuq. Rəhbərlik etdiyim Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi demək olar ki, bütün təşkilatlarla əməkdaşlıq edir. AMOR , Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu, Ümumrusiya Azərbaycanlıları Konqresi, Şəhriyar cəmiyyəti, Nicat cəmiyyəti, Azstudiya kimi milli maraqlara xidmət edən təşkilatlarla əməkdaşlıq edirik. Qaldı söz söhbətə inanıram ki, gələcək illərdə bu da sona yetəcək. Əsasən söz söhbəti elə adamlar yaradır ki, fəaliyyəti yoxdur, ancaq gündəmdə qalmaq istəyirlər. Onlara məsləhətim odur ki, çalışıb fəaliyyətləri, gördükləri işlərlə gündəmdə qalsınlar. Elin gözü tərəzidir bunu unutmaq olmaz ". Bu ölkədə yaşayan ermənilərlə hansısa problemlərin yaşanıb yaşanmamasına gəlincə ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri qeyd edib ki, ən son 4 noyabr millətlərin birliyi paradında anoloji hadisə baş verib: "Münaqişəyə səbəb hər zaman olduğu kimi erməni diasporunun üzvləri idi. Çünkü onlar paradda qondarma Qarabağ separatçı rejiminin əski parçasını ( "bayrağını") qırmızı meydanda qaldırmağa cəhd etdilər və bizim sərt reaksiyamız nəticəsində qondarma qurumun "bayrağı" yığışdırıldı. Hətta vəziyyət o həddə çatdı ki, Rusiya Prezident Admnistrasiyasının nümayəndələrinin və hüquq mühafizə orqanlarının əməkdaşları da bu məsələyə diqqət ayırdılar və ermənilərin bu hıərəkətinə mənfi münasibət göstərdiklərini bildirdilər. Hətta Prezident Administrasiyasının nümayəndəsi ermənilərə şifahi xəbərdarlıq da etdi". Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yerli mətbuata verdiyi müsahibədə "Diaspor təşkilatının sabit maliyyə mənbələri

yoxdursa, onda bu təşkilatın uğurlu fəaliyyət göstərməsi də praktik baxımdan mümkünsüzdür" fikirləriunə də toxunan Toğrul Allahverdili deyib ki, komitə sədri çox düzgün vurğulayıb. Onun sözlərinə görə, hər şeyi komitədən, və ya dövlətdən gözləmək düzgün deyil: "Təsəvvür edin elə diaspor təşkilatı var ki, ildə bir tədbir etmir, heç bir fəaliyyəti yoxdur. Ancaq ağzını açıb, komitədən pul tələb edir. Dövlətin diqqətsizliyindən şikayət edir. İnanın belələrini görəndə Azərbaycan diasporunun üzvü oluğum üçün xəcalət çəkirəm. Nazim İbrahimov gözəl qeyd edib ki, "Diaspor fəaliyyətinin əsasında dörd amil dayanır: vətənpərvərlik, könüllülük, intellekt və maliyyə". Mənim zənnimcə əsas üç amildir maliyyə sonuncudur. Maliyyəsiz iş olmasa da, hər şey maliyyə deyil. Əsas bu işi sevmək, könüllü olmaq və həvəslə işləmək lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31