Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndələri İsmayıllıda olub
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycan Peşə Təhsili sistemi ilə tanışlıq səfəri Proqramı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla keçirilən görüşdə rayonun sosial-iqtisadi inkişafı, aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, peşə yönümü sahəsində görülmüş işlər və Peşə Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin davamlı və əbədi olduğunu diqqətə çatdırılıb. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsili üzrə nazir müavini Elcan Dəmirçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Peşə Tədris Mərkəzi ilə tanış olub. Səfərin nəticələri, qarşılıqlı əlaqələrin inkişafı barədə müzakirələr aparılıb, peşə təhsilinin hər iki respublika üçün əhəmiyyətindən danışılıb.
10 Noyabr 2016 13:58 SosialTürkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycan Peşə Təhsili sistemi ilə tanışlıq səfəri Proqramı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla keçirilən görüşdə rayonun sosial-iqtisadi inkişafı, aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, peşə yönümü sahəsində görülmüş işlər və Peşə Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin davamlı və əbədi olduğunu diqqətə çatdırılıb. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsili üzrə nazir müavini Elcan Dəmirçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Peşə Tədris Mərkəzi ilə tanış olub. Səfərin nəticələri, qarşılıqlı əlaqələrin inkişafı barədə müzakirələr aparılıb, peşə təhsilinin hər iki respublika üçün əhəmiyyətindən danışılıb.