Gündəm
Yuğ beynəlxalq festivalda
"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransına paytaxtımız ev sahibliyi elədi. Teatrdan “Olaylar” – a verilən xəbərə əsasən noyabrın 7 və 8 – də konfrans çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxıblar. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb. M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət alıb.
Tədqiq olunmamış əlyazmalar aşkarlanıb
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. “Olaylar” – a verilən məlumata görə tapılan əlyazmalar Fondun balansına fars dillərində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən “Riyazül Arifin” (hicri qəməri 1305-ci il Tehran), Müştəri Müstehidzadə Qarabağinin 278 səhifəlik ornamentli “Riyazül aşiqin” (hicri şəms 1328-ci ilİstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (1913-cü il Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.
Hansı hallarda KİV-ə hərbi senzura tətbiq edilə bilər?
Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Əmək Nazirliyi 10 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
"Növbəti ildə ərazi bütövlüyümüzün təmin olma ehtimalı 70-80 faizdir"
“Ermənistan 20 ildən sonra ayılıb ki, Dağlıq Qarabağ sözünü erməniləşdirə bilməyib. Azərbaycanın son illər yürütdüyü xarici siyasət onları çətin vəziyyətə saldığından işğalçı ölkə düşünür ki, işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması ilə nəyəsə nail ola biləcək”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Trampın qələbəsinə görə 41 milyard itirdilər
Dünyanın ən varlı insanları ABŞ prezidenti Donald Trampın seçkilərdə qələbə qazanmasına görə ümumilikdə 41 milyard dollar itiriblər.
Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"
Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.
TRT1-in Bakıda yayımı bərpa olunacaq
Bakı və Abşeron yarmadasında rəqəmsal yayıma keçiddən sonra yayımı dayandırılan TRT1-in bərpası üçün işlər görülür.
Ermənistan "Çıraqovların işi"ni yubadır
Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin "Çıraqov və digərləri Ermənistana qarşı" adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib.
Axtarışda olan şəxslərin 65,4 faizi tutulub
Cari ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Bu barədə DİN-dən verilən məlumata görə, axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib. İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.
"Asiyanın ürəyi" mövzusunda seminar keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Hindistana səfər edib. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd "Asiyanın ürəyi" mövzusunda seminarda iştirak və çıxış etməkdir. Seminar Dünya Siyasəti üzrə Hindistan Şurası (ICWA) və Hindistanın Xarici İşlər Nazirliyi tərəfindən Nyu Dehlidə baş tutacaq. Cavid Vəliyev "Əfqanıstanın dünya bazarlarına çıxışında Azərbaycanın rolu" mövzusunda çıxış edəcək.
Dairəvi dəmir yolunun təmirinə başlanılıb
Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.
Problemli kreditlərin həcmi artıb
Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb.
Ebru və "sevgilisi" ilə bağlı yeni məlumat: "Fikirləri ciddidir"
Amerikada həbsdə olan əri Rza Zərrabdan boşanmaq üçün məhkəməyə ərizə verən Ebru Gündeşin yeni sevgili tapması ilə bağlı ötən gün məlumat və foto yayılmışdı. Ebru Gündəş və adı çıxan futbolçu Ufuk Ceylan yayılan xəbərləri yalanlamışdı.
.jpg)













