"Asiyanın ürəyi" mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Hindistana səfər edib. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd "Asiyanın ürəyi" mövzusunda seminarda iştirak və çıxış etməkdir. Seminar Dünya Siyasəti üzrə Hindistan Şurası (ICWA) və Hindistanın Xarici İşlər Nazirliyi tərəfindən Nyu Dehlidə baş tutacaq. Cavid Vəliyev "Əfqanıstanın dünya bazarlarına çıxışında Azərbaycanın rolu" mövzusunda çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Hindistana səfər edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd "Asiyanın ürəyi" mövzusunda seminarda iştirak və çıxış etməkdir. Seminar Dünya Siyasəti üzrə Hindistan Şurası (ICWA) və Hindistanın Xarici İşlər Nazirliyi tərəfindən Nyu Dehlidə baş tutacaq. Cavid Vəliyev "Əfqanıstanın dünya bazarlarına çıxışında Azərbaycanın rolu" mövzusunda çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31