Yuğ beynəlxalq festivalda
"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransına paytaxtımız ev sahibliyi elədi. Teatrdan “Olaylar” – a verilən xəbərə əsasən noyabrın 7 və 8 – də konfrans çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxıblar. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb. M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət alıb.
10 Noyabr 2016 13:37 Mədəniyyət"Multikulturalizm və teatr" mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransına paytaxtımız ev sahibliyi elədi. Teatrdan "Olaylar" - a verilən xəbərə əsasən noyabrın 7 və 8 - də konfrans çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının M.Mikayılovun "Medeya. Sekvensiya 01" və baş rejissor G.Ömərin "Naməlum Axundzadə" tamaşalarına baxıblar. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb. M.Mikayılovun "Medeya. Sekvensiya 01" tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət alıb.
Həmçinin konfransın ikinci günü (8 noyabr) Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov "Yuğ teatrı: Şərqdə Qərb paradoksu" adlı məruzə ilə çıxış edib. E.Cəfərovun çıxış həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.