Gündəm
Türkiyə qırıcıları İŞİD-in 92 mövqeyini məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 92 mövqeyini məhv edib.
Şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib
Bakıda şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev tutulub.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının 6-cı mərhələsində 76 şəhər və rayondan 3120 nəfər iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə görüşündə deyib: “....çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir”. Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.
ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır - YENİLƏNİB
ABŞ-ın Nyu-York şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə keçirilən etiraz aksiyası zamanı polis 30 nəfəri saxlayıb.
Xahiş etdi, Azərbaycan da adını "qara siyahı"dan çıxartdı
Bolqarıstan Respublikasının vətəndaşı, "Besttechnia TM-Rodimo PAD" şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
“TechFall 2016 Hackathon” layihəsinin qalibi açıqlandı
“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və “WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “TechFall 2016 Hackathon” layihəsi başa çatıb. 5-6 noyabr tarixlərində keçirilən final mərhələsində komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində yatmadan 36 saat ərzində tətbiq hazırlayıblar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndirilib. 9 noyabr tarixində keçirilən təqdimat mərasimində isə komandaların tətbiqləri peşəkar münsiflər qarşısında təqdim edilib və qaliblər bəlli olub.Beləliklə “TechFall 2016 Hackathon” yarışmasında “Mango” layihəsi ilə “HelloHackathon” komandası qalib olub.II yeri “Hacksters”, III yeri isə “Compilers” komandası qazanıb.“TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və “PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə “Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim edilib.
Mənim Bayrağım -Mənim Kimliyim
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Dövlət Bayraq meydanında ölkəmizdə təntənəli şəkildə qeyd olunan 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş "Mənim Bayrağım-Mənim Kimliyim" adlı tədbir keçirib.
Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclası keçirilib.
Azərbaycanın multikulturalizm modeli öyrənilməyə və paylaşılmağa layiq dəyərli örnəkdir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Çexiyanın Karlov Universitetinin tələbəsi Katerine Bergerin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışıb. SİA-ya açıqlama verən A.Əlizadə bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi yaxşı haldır: “Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı. Hillari Klintonun bacardığı Surix protokollarıdır və yalnız öz ərini döyməkdi. O, başqa heç nəyə qadir deyil. Trampağıllı adamdır. Azərbaycanla ABŞ arasındakı münasibətlər bundan sonra daha da inkişaf edəcək”.
DİA- nın “Politoloqlar Klubunun” ilk tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilmişdir. Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.
“Sizin arvadınızıq, sizin qulluqçunuzuq...”
Daşkəsəndə 120 erməni qadın var... “Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm”.
Ofisdə qorxulu anlar: qısa ətəkli katibə vəhşicəsinə döyüldü - VİDEO
Türkiyə mətbuatında qorxulu video yayılıb. Milli.Az "Nevidyo"ya istinadla bildirir ki, videoda qısa ətəkli katibənin naməlum şəxs tərəfindən vəhşicəsinə döyülməsi əks olunub.
Bred Pitt bəraət aldı
ABŞ-ın Los-Anceles şəhərinin xüsusi xidmət strukturları məşhur aktyor, Hollivud ulduzu Bred Pittə qarşı irəli sürülmüş ittihamların əsası olmadığını bəyan edib.
Trampın sözçüsü: "Gülən Türkiyənin bin Ladenidir"
ABŞ-ın yeni prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü, təqaüdçü general-leytenant Maykl Flaynn siyasi analiz saytı "The Hill" üçün qələmə aldığı yazısında Türkiyə ilə əlaqədar qiymətləndirmələr aparıb.






.jpg)







