Gündəm
İstanbulda dəniz reysləri təxirə salındı
İstanbulda güclü külək səbəbindən dəniz reysləri təxirə salınıb.
Ronaldo hansı məşqçiyə səs verəcək?
Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştianu Ronaldo FİFA-nın ilin ən yaxşı məşqçisi mükafatında kimə səs verəcəyini açıqlayıb. Olaylar.az qol.az-a istinadən xəbər verir ki, o, yığmadakı baş məşqçisi Fernandu Santuşu bu ilin ən yaxşı məşqçisi hesab edib:
Tağı Əhmədov "44 ilə qazandığı" 3 milyonu Çovdarovdan geri istəyir
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.
Uşaqlara qarşı bunları etməyin
Bəzən gənc valideynlər uşaqlarını xoşbəxt etmək istədik də, yanlış hərəkət etdiklərinin fərqinə varmırlar. Bir müddət keçdikdən sonar isə övladlarının davranışlarından narazı olurlar. Lakin buna səbəb məhz özlərinin olduqlarını bilmirlər. Uşaqlarınızın davranışlarına diqqət edərək, aşağıda qeyd olunanlara mümkün qədər əməl etməyə çalışın: Onları daim xoşbəxt etməyə çalışmayın. Çünki, həyat nağıllardakı kimi deyil. Onları həyatın digər üzü ilə də tanış olmalarına şərait yaradın. Yıxılanda özlərinin qalxmasına, hərdən dostları ilə mübahisələri olan zaman öz aralarında həll etmələrinə şərait yaradın. Bununla onlarda xarekter formalaşacaq və siz övladınızı daha yaxından tanıyacaqsınız.
Minskdə məscid tikilir
Türkiyə prezidentinın yaxın günlərdə Belarusiyaya səfəri gözlənilir. Verilən xəbərə görə Minskdə işgüzar səfər zamanı prezident Rəcəb Tayyib Ərdoğan burada yeni tikilmiş Cümə Məscidinin açılışında iştirak edəcək. Məscid Minskdə fəaliyyət göstərən Türk və müsəlman işadamlarının birgə dəstəyi ilə tikilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Diplomat vəfat etdi
Ötən gün Rusiyada 63 yaşlı diplomatın meyidi aşkarlanıb. Belə ki, Rusiyanın Moskva şəhərində yerləşən Nyu-York konsulluğunun həyətində 63 yaşlı diplomatın meyidi tapılıb. Hadisə ilə əlaqədar polis təhqiqita başlayıb. İstintaqın ilkin nəticələrinə görə yaşlı diplomat yüksək mərtəblərin birində pəncərədən yerə düşərək həlak olub. Rusiya XİN – dən hal –hazırda heç bir açıqlama verilməyib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Parlament jurnalistləri Şimal-Qərb bölgəsində bayraq aksiyası keçiriblər
Noyabrın 9-da Parlament Jurnalistləri Birliyi (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olublar.Tədbir Milli Məclisin Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnalistləri Birliyinin təşkilatçılğı ilə baş tutub.
İraq prezidenti: "İŞİD lideri diri lazımdır"
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi ölü deyil, diri lazımdır. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu İraq prezidenti Fuad Məsum deyib.
ABŞ-Azərbaycan münasibətləri yüksələn templə davam edəcək
“Səmimi deyirəm, mən çox ehtiyat edirdim ki, Hillari Klinton prezident seçilsə, bu ermənilərin xeyrinə olacaq. Çünki Klinton dövlət katibi olduğu vaxtda da, bütün fəaliyyəti boyunca ermənipərəst mövqeyi ilə həmişə fərlqənib. Ancaq Donald Trampın siyasi karyerası olmayıbsa da, seçki prosesində də onun erməni lobbisinin təsiri altında ermənipərəst fikirlər səsləndirməsini müşahidə etmədik”.
“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda konfrans keçirilir
Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar konfrans keçirilir.
Tbilisidə bayraq günü qeyd edilib
Noyabrın 9-da Tbilisi Açıq Universitetində Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, həmçinin azərbaycanlı və gürcü tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən S.Novruzzadə Azərbaycanın dövlət atributlarından biri olan üçrəngli bayrağımız haqqında məlumat verib, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında tələbələrin rolundan bəhs edib.
Ermənilər 18 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
"ABŞ-da prezident seçkilərinin nəticəsi Ermənistan üçün sürpriz oldu"
ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu.
Putin Trampı seçim qarşısında qoyacaq
Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampı andiçmə mərasimidən sonra Moskvaya səfərə dəvət edəcək və bununla onu dilemma qarşısında qoyacaq.
Tramp bu adamlara vəzifə verəcək - SİYAHI
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp gələcək administrasiyasında ən önəmli vəzifələrə təyinat ala biləcək şəxslərin seçiminə başlayıb.














