Uşaqlara qarşı bunları etməyin

Bəzən gənc valideynlər uşaqlarını xoşbəxt etmək istədik də, yanlış hərəkət etdiklərinin fərqinə varmırlar. Bir müddət keçdikdən sonar isə övladlarının davranışlarından narazı olurlar. Lakin buna səbəb məhz özlərinin olduqlarını bilmirlər. Uşaqlarınızın davranışlarına diqqət edərək, aşağıda qeyd olunanlara mümkün qədər əməl etməyə çalışın: Onları daim xoşbəxt etməyə çalışmayın. Çünki, həyat nağıllardakı kimi deyil. Onları həyatın digər üzü ilə də tanış olmalarına şərait yaradın. Yıxılanda özlərinin qalxmasına, hərdən dostları ilə mübahisələri olan zaman öz aralarında həll etmələrinə şərait yaradın. Bununla onlarda xarekter formalaşacaq və siz övladınızı daha yaxından tanıyacaqsınız.

Övladlarınız sizə müəllimindən, tərbiyəçisindən şikayət etdikdə dərhal onu qorumağa çalışmanız yanlış davranışdı. İlk olaraq uşağınızı sona qədər dinləyin. Daha sonar qarşı tərəfi dinləməyə çalışın. Əgər övladınız hadisəni yanlış anlayıbsa, ona sakit tərzdə vəziyyəti izah edin.

Uşağınız gərgin, əsəbi vəziyyətdə olanda siz ona sakit, rahat davranın. Gərgin halda ona cavab versəniz, övladınıza pis nümunə olacaqsınız. Onun sakitləşməsini gözləyin, daha sonar problemi birgə müzakirə edin.

Uşaqlar vərdiş xüsuiyyətinə alışqandılar. Yəni, hər gün səhər  yemeklərini yeyib, oyuncaqları ilə oynayib, televizor seyr edirlər. Əgər, bir gün onları səhər yeməkləri üçün hədiyyə təklif etsəniz onlar hər dəfə sizdən və ətrafdakı insanlardan hədiyyə gözləyəcəklər. Uşaqlara tez - tez hədiyyə verməklə, onları ərköyün edə bilərsiniz. Hədiyyə verərkən bunu hər dəfə təkrarlanmayacağını xatırladın.

Valideylərin övladlarına  yardım etmələrini mütəxəssislər çox gözəl anlayırlar. Lakin, onlar buna qarşı olaraq qeyd edirlər ki, bu istək övladınızın tənbəl olmasına səbəb olacaq. Uşaqlarınızın bacardığı işləri onların görməsinə şərait yaradın. Məsələn, televizoru özləri açsınlar, diş fırçasına  məcunu özləri qoysunlar, oyuncaqlarını özləri götürsünlər, və.s. Əgər onları həyata hazırlamaq istəyirsinizsə, yaşlarına görə  edə biləcəkləri işləri özlərinin etmələrinə şərait yaradın. Uşaqlarınızla oyun zamanı da diqqətli olmalısınız. Davamlı onların qazanmasına kömək etməyin. Çünki, dostları ilə oyun zamanı heç kim onların qazanmasına şərait yaratmayacaq. Bu zaman isə üzülüb, depressiyaya düşəcəklər. Məğlubiyyəti qəbul etmədikdə daha da sərt və əsəbi olacaq. Uşaqlarınıza vicdanlı, ədalətli, səmimi, olmağı öyrədin. Övladlarınızda insanlara, heyvanlara qarşı mərhəmət hissi aşılayın. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31