“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda konfrans keçirilir

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar konfrans keçirilir.

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar konfrans keçirilir. "OLAYLAR"-ın nazirliyin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda keçirilən gənclərin respublika konfransda dövlət və hökumət rəsmiləri, gənclər və idman naziri cənab Azad Rəhimov, millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31