Mənim Bayrağım -Mənim Kimliyim
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Dövlət Bayraq meydanında ölkəmizdə təntənəli şəkildə qeyd olunan 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş "Mənim Bayrağım-Mənim Kimliyim" adlı tədbir keçirib.
10 Noyabr 2016 12:45 SosialYeni Azərbaycan Partiyasının Gənclər Birliyi Dövlət Bayraq meydanında ölkəmizdə təntənəli şəkildə qeyd olunan 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş "Mənim Bayrağım-Mənim Kimliyim" adlı tədbir keçirib.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın ictimai siyasi həyatında aktiv iştirak edən gənc üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Bayraq meydanını ziyarət ediblər, daha sonra Dövlət Bayrağı Müzeyinin bələdçisi Türkan Abbasova tədbir iştirakçılarını müzeydə nümayiş etdirilən Azərbaycan xalqının tarixən əldə etdiyi eksponatlarla tanış edib.