Türkiyə qırıcıları İŞİD-in 92 mövqeyini məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 92 mövqeyini məhv edib.
10 Noyabr 2016 13:06 DünyaTürkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 92 mövqeyini məhv edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Bundan başqa, kürd PYD qruplaşmasının bir sıra hərbi obyekti də məhv edilib.
Türkiyə bu ilin avqust ayından Suriyanın şimalında İŞİD qüvvələrinə qarşı "Fərat qalxanı" əməliyyatına başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31